Barak Obama Vladimir Putini Ukraynanın işlərinə müdaxilə etməyə son qoymağa çağırıb. “Prezident Obama qeyd edib ki, ölkədə bütün qanunsuz silahlı birləşmələr silahları kənara qoymalıdırlar. O, Putini Rusiya yönlü silahlı qruplaşmaların ələ keçirilmiş binaları tərk etməsi üçün öz nüfuzundan istifadə etməyə çağırıb”. Bu barədə Ağ Evin məlumatında bildirilir. Dövlət başçılarının növbəti telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. ABŞ prezidenti Rusiya qoşunlarını Ukrayna sərhədindən çəkməyi tələb edib. O, sərhəddə Rusiyanın hərbi gücünün artırılması, Ukrayna ərazisində silahlı təxribatlar və Kremlin hərbi ritorikası şəraitində Kiyev hakimiyyətinin təmkinlilik nümayiş etdirdiyini xüsusi vurğulayıb. Kiyev seçkilərin, konstitusiya islahatlarının və desentralizasiya yolu ilə vəziyyəti sabitləşdirməyə səy göstərir, deyə Obama bildirib. Amerika lideri bir daha Putinə xəbərdarlıq edib ki, Moskvanın Ukraynada sabitliyi pozan əməlləri cəzasız qalmayacaq. “Prezident Rusiyanın Ukraynadakı əməlləri nəticəsində siyasi və iqtisadi təcridinin artdığını qeyd edib və xəbərdarlıq edib ki, bu əməllər davam etdirilərsə, daha böyük qiymət ödəmək lazım gələcək”, - deyə Ağ Evin məlumatında bildirilir. Putin Obamanın iradlarını qəbul etməyib. “ABŞ prezidentinin guya Ukraynanın cənub-şərqində mövcud olan Rusiya müdaxiləsi ilə bağlı ifadə etdiyi narahatçılığa cavab olaraq Rusiya prezidenti qeyd edib ki, bu spekulyasiyalar qeyri-mötəbər məlumatlara əsaslanır”, deyə Kremlin mərbuat xidmətinin məlumatında bildirilir. Putin Amerikalı həmkarını “güc tətbiqibə və qan axıdılmasına yol verməmək üçün Amerika tərəfin imkanlarından istifadə etməyə çağırıb”. Öz növbəsində, Vaşinqton Ukrayna hakimiyyətinin əməllərinin MKİ rəhbəri Con Brennanla razılaşdırıldığını inkar edir. Ağ Evin nümayəndəsi Cey Karnu təsdiq edib ki, Brennan ötən həftə sonu Kiyevdə olub, lakin bu səfərin məqsədləri ilə bağlı “spekulyasiyaları” təkzib edib. “Kəşfiyyat İdarəsinin yüksək vəzifəli əməkdaşlarının səfərləri təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin standart vasitəsidir, bu, soyuq müharibədən dərhal sonra başlamış Amerika-Rusiya əməkdaşlığına da aiddir”, deyə Karni bildirib. “Amerika rəsmilərinin Kiyevdə nə üçünsə görüşdüklərinə işarə etmək absurddur”. Bazar ertəsi Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç bildirib ki, Ukrayna güc qurumları Brennanla məsləhətləşmələrdən sonra Donbasda xüsusi əməliyyat haqqında qərar qəbul ediblər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?