Rusiya Prezidenti Vladimir Putinin onurğasında sarkoma olduğu və onun ömrünə az bir müddət qaldığı deyilir. Ukrayna mediasına istinadən məlumata görə, bu barədə tanınmış rusiyalı bloggerlər məlumat yayıblar. Məsələ o qədər ciddiləşıb ki, hətta onlar Ukrayna və Avropa Birliyinə üzv ölkələrə bu barədə lazımı dəlillər göndərməyə hazır olduqlarını bildiriblər. Onların sözünə görə, xəstəlik 100 faizdir və Putin 2015-ci ildən o yana yaşamayacaq. Bloggerlər müəyyən paralellər aparıblar və video, fotolar yerləşdiriblər. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşən Putinin belindən necə əziyyət çəkdiyi şəkildə göstərilib. Daha sonra isə dünən Krıma gələn Putinin pencəyinin altında xüsusi qoruyucu karsetin aşkar göründüyü blogger tərəfindən vurğulanıb. Sözügerdən xəstəliyə – qığırdaqlararası bəd xassəli şişə insanların əsasən 50-60 yaş arasında tutulduğu deyilir. Bu zaman kəskin ağrılar meydana gəlir. Həkimlər bu xəstəliyə tutulan insanların 5 ildən sonra ölümə düçar olmasını proqnozlaşdırırlar.
Sorğu
Yeni dizaynımız necədir?