GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Krım tatarlarını hədələdi

Putin Krım tatarlarını hədələdi

Tarix: 20-05-2014, 10:00 Bölmə :Dünya Baxış: 0
Putin Krım tatarlarını hədələdi

“Ukraynanı unudun”

Rusiya prezidenti Krım tatarlarına müraciət edərək bildirib ki, bundan sonra onlar gələcəklərinin Rusiya ilə birlikdə olduğunu qəbul etməlidirlər.
Bu arada BMT bəyan edib ki, Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra tatarlara qarşı təqib və təhdidlər şiddətlənib. Vladimir Putin Krım tatarlarının yaşayış səviyyəsinin yüksəldiləcəyini vəd etsə də, bildirib ki, tatarlar Ukrayna və Rusiya arasında mübahisə mövzusu olmamalıdırlar.
Rusiya prezidentinin çıxışı Krım tatarlarının öz doğma yurdlarından deportasiya edilməsinin 70-ci ildönümünə təsadüf edib.

Kurort mövsümünün rəvanlığı üçün

Almaniya ilə əlbir olmaqda ittiham edilən Krım tatarları 1944-cü ilin 18 mayında Stalin rejimi tərəfindən öz yurdlarından çıxarılmışdı. Bəzi şərhçilər bildirirlər ki, Rusiyaya ilhaq edilmiş Krımın baş naziri Sergei Aksyonov-un iyunun 6-dək yarımadada bütün nümayiş və aksiyaları qadağan edən sərəncam verməsi məhz bu tarixin tatarlar tərəfindən qeyd olunmasının qarşısının alınması məqsədini güdür. Aksyonov özü bildirib ki, bu sərəncam “ekstermistlər tərəfindən mümkün təxribatların qarşısının alınması” və “kurort mövsümünün rəvan davam etməsi” üçün verilib. Bununla belə, bazar günü minlərlə tatarın deportasiyanın ildönümünü mitinqlə qeyd edəcəyi gözlənir.

“Vəziyyət 1944-cü ildə olduğu kimidir”

Krım tatarları ilə bu bölgədəki ruslar arasında gərginlik yarımada Moskva tərəfindən ilhaq edildikdən sonra güclənib. Məlum olduğu kimi Krım rusları və rusdilliləri bölgənin Rusiyaya birləşməsi barədə referendumda səs verdikləri halda, əhalinin 12 faizini təşkil edən tatarların əksəriyyəti səsverməni boykot edib. Üstəlik referendum günü yarımadanın Rusiya qoşunları tərəfindən işğal edilməsinə etiraz edən tatar Reshat Ametov yoxa çıxıb. Sonradan onun üzərində işgəncə izləri olan cəsədi tapılıb. Həyatının son anlarında düşdüyü videokamera kadrlarında Reshat-ın kamuflyaj geyinmiş maskalılar tərəfindən Simferopoldakı Lenin meydanından aparıldığı görünür. Tatar icmasının nümayəndələri “The Guardian” qəzetinin müxbirinə bildiriblər ki, indi rusların onlara münasibəti elə 1944-cü ildə olduğu kimidir.
Aksyonov deyib ki, Ametov-un qətli yerli rusiyapərəst silahlılarla əlaqəli deyil, lakin qətl hadisəsi hələlik açılmamış qalır.

ABŞ və BMT Krım tatarlarından nigarandır

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Victoria Nuland bu ay Konqresdə etdiyi çıxışında deyib ki, Vaşinqton Krımda insan haqlarından, ələlxüsus da tatarların vəziyyətindən ciddi narahatlıq keçirir. Öz növbəsində BMT-nin insan haqları üzrə ali baş komissarı Navi Pillay bəyan edib ki, tatarlar təhdid, dini zəmində təqiblə üzləşir, öz yurdlarından qaçmağa məcbur edilirlər. BMT insan haqları komissarlığının hesabatında deyilir ki, Ukraynanın şərqindəki qiyamçı qüvvələr tərəfindən “hədəfli qətllər, işgəncələr və bəzi hallarda cinsi qısnamalar törədilir”. Hesabatda həmçinin Krım tatarlarının qeyri-rəsmi lideri, Ukrayna millət vəkili və keçmiş sovet dissidenti Mustafa Dzhemilev-in məsələsinə də toxunulur. O, Kiyevdə iclasda iştirak etdikdən sonra Krıma buraxılmayıb. Dzhemilev Tatar xalqını və özünüidarəetmə qurumu olan tatar milli məclisini rusiyapərəst hökumətə etibar etməməyə və Rusiyaya birləşmə barədə referendumu boykot etməyə inandıra bilib. O, hətta referendumdan əvvəl Rusiya prezidentinə zəng vuraraq qoşunları Krımdan çıxarmağı tələb etmişdi. “Onlar bizim hamımızı Rusiya vətəndaşı etmək istəyirlər, lakin Rusiyada heç bir demokratiya yoxdur.
Biz daha azad yaşamağa alışmışıq” - demişdi tatar lideri.

Məclis “qalx” desə, tatarlar qalxacaqlar

Mayın 3-də Dzhemilev-ə ikinci dəfə Krıma daxil olmaq imkanı verilməyəndə minədək tatar etiraz aksiyası olaraq yarımadanın əsas yolunu kəsmişdi. Buna cavab kimi Krımın baş prokuroru Natalia Poklonskaya bəyan edib ki, məclis ekstremist fəaliyyətdə şübhəli bilinir və buraxılmalıdır. Yolu kəsənlərdən biri - Sahri Mustafayev bildirib ki, etirazçılardan bir çoxu ağır cərimələrə məruz qalıb: “Biz məclisin sözünü gözləyirik. Məclis “qalx” desə, biz qalxacağıq”.
O əlavə edib ki, tatarlar mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisini gözləyirlər. Cənab Dzhemilev deyib ki, hazırda Krım tatarlarının məclisi yeni hökumətlə əməkdaşlıq mnəsələsində parçalanıb, lakin kompromis əldə oluna bilər. Bu arada məclisin üzvü Abduraman Egiz özlərini rusiyameylli özünümüdafiə dəstəsi adlandıranlar tərəfindən döyülüb. Tatarlar məhz bu özünümüdafiə birliklərinin buraxılmasını tələb edirlər.

Krım tatarları didərgin salınırlar

Krım üzrə müstəqil siyasi şərhçi Sergei Kostinsky deyir ki, Putin ötən ay Krım tatarlarının həyat səviyyəsinin yüksəldiləcəyini, ələxüsus onların mənzillə təminatının yaxşılaşdırılacağını vəd etsə də, o, ilk öncə Krımdakı şovinizmin kökünü kəsməli olacaq. Krımın Avropameylli Vətəndaş Cəmiyyəti İnstitutunun rəhbəri Rustem Ablyatifov deyir ki, məhz bu “Krım şovinizmi”nə görə son vaxtlarda 1500 Krım tatarı Qərbi Ukraynaya qaçmalı olub. Dzhemilev isə daha böyük rəqəm göstərir. O deyir ki, Rusiyanın ilhaqından sonra 5 min Krım tatarı didərgin düşüb.
Vaxtilə özü Azərbaycandan qaçmalı olmuş İsmayıl İsmayılov “The Guardian” qəzetinə bildirib ki, 30-dək tatar Polşada siyasi sığınacaq alıb.
“İndi burda hakimiyyət şovinistlərindir, onlar özlərini daha sərbəst hiss edirlər və deməli, Krım tatarları üzərinə təzyiq və təqibləri də artıracaqlar” – deyib İsmayılov.
CEYHUN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Latviya Krım tatarlarının kütləvi deportasiyasını soyqırım kimi tanıyıb

    Latviya Krım tatarlarının kütləvi deportasiyasını ...

    11-05-2019, 12:32

  • 
  • Tatarların sürgünü soyqırım kimi tanındı

    Tatarların sürgünü soyqırım kimi tanındı ...

    12-11-2015, 23:41

  • 
  • Krım tatarları hərəkətə keçdilər

    Krım tatarları hərəkətə keçdilər ...

    9-03-2014, 13:47

  • 
  • Krım tatarlarının lideri barədə HƏBS QƏRARI

    Krım tatarlarının lideri barədə HƏBS QƏRARI ...

    21-01-2016, 12:54

  • 
  • Krımda yaşayan azərbaycanlıların taleyi necə olacaq?

    Krımda yaşayan azərbaycanlıların taleyi necə ...

    2-04-2014, 11:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu