Krım tatarlarının lideri Mustafa Cəmiloğlu haqqında həbs qərarı çıxarılıb. Cebhe.info xəbər verir ki, Simferopol rayon məhkəməsi Krım tatarlarını lideri haqqında qiyabi həbs qərarı çıxarıb. Mustafa Cəmiloğlunun vəkili Cəmil Demişev bildirib ki, təhqiqatçı və prokuror bu tələblə çıxış edib. Vəkil əlavə açıqlama verməyərək Mustafa Cəmiloğlunun 3 maddə ilə ittiham olunduğunu deyib. Məhkəmə Mustafa Cəmiloğlu barəsində axtarış elan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?