GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Erməni və azərbaycanlı kabab qonaqlığında

Erməni və azərbaycanlı kabab qonaqlığında

Tarix: 15-07-2014, 17:11 Bölmə :Dünya Baxış: 0
Erməni və azərbaycanlı kabab qonaqlığında


Bu gün qondarma "Dağlıq Qarabağ müdafiə nazirliyi” Kəlbəcərdə tutulan azərbaycanlıların işğal altındakı ərazilərdə erməni danasını kəsib kabab bişirdiklərini əks etdirən görüntüləri mətbuata ötürüb.
Virtualaz.org xəbər verir ki, neçə gündür Kəlbəcərə soxulmuş erməniləri və hətta Göyçə mahalının indiki sakinlərini qorxuya salmış 3 nəfərdən ibarət "azərbaycanlı diversantların” iyulun əvvəllərində çəkdikləri görüntülər yerkir.am portalına təqdim edilib.
Həmin görüntülərin 3 nəfərlik qrupun üzvlərindən biri tərəfindən mobil telefonla çəkildiyi məlum olur.
Kadrlarda sifəti görünməyən "diversant” nəql edir ki, buralar onun doğma kəndidir və iki gün aclıqdan əziyyət çəkəndən sonra nəhayət qarşılarına çıxan dananı kəsərək aclıqdan xilas olublar. Həmçinin "diversantlar”ın Kəlbəcərdəki erməni fermalarından birindən içərisinə "samaqon” araq tökülmüş "Cermux” mineral su şüşəsini də da ələ keçirdikləri, arağı dana kababı ilə içməyə hazırlaşdıqları məlum olur.
O da məlum olur ki, qrupun üzvlərindən birinin adı Həsəndir, biri isə əslən Cəbrayıl rayonundandır.
Kadrlarda əlində dana budu tutan, qara köynəkli, 40-45 yaşlarındakı şəxsin ermənilərlə atışmada öldürüldüyü açıqlanan "diversant” olduğu seçilir.
Bu kadrlar bir daha təsdiq edir ki, ermənilərin "diversant” kimi təqdim etdikləri həmin şəxslər əslində düşmən tapdağı altındakı ata-baba yurdlarına getmək üçün düşmən arxasına keçən üç cəsur məcburi köçkündür. Və Azərbaycan dövləti bütün mümkün üsullardan istifadə edərək onların müdafiəsinə qalxmalıdır. Axı onların yeganə "günahı” işğal altındakı yurdlarını gəzməkdən ibarət olub.
Virtualaz.org
* * *19:54
Ermənistan Müdafiə Nazirliyi Kəlbəcərdə tutulan iki azərbaycanlı mülki şəxslə hərbi əsir kimi davranmayacaqlarını elan edib.
Virtualaz.org xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyi bu şəxslərin "hərbi əsirlər kateqoriyasına daxil olmadıqlarını, bu səbəbdən əsirlər barədə beynəlxalq konvensiyanın prinsiplərinin onlara şamil edilməyəcəyini” bildirib.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, indiki halda "Hərbi əsirlərlə rəftar” barədə Cenevrə konvensiyasının 4-cü maddəsi bu şəxslərə şamil edilə bilməz.
"Təkzibedilməz sübutlar var ki, biz əslində Azərbaycan rəhbərliyi tərəfindən ələ alınan və istifadə olunan cnayətkar qrupla üz-üzəyik. Zərərsizləşdirilən cinayətkar qrupun üzvlərinin heç bir fərqləndirici nişanları olmayıb. Onlar müharibə ənənələri və qanunlarına dair beynəlxalq normaları kobud şəkildə pozublar, mülki əhaliyə qarşı qəddar və qeyri-insani həmlə ediblər” – deyə bəyanatda bildirilir.

Azərbaycanlı mülki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində "mülki əhaliyə qarşı qeyri-insani və qəddar həmləsi” dedikdə nə nəzərdə tutulduğu açıqlanmır. Ən azından iki mülki şəxsin Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilər arasında kütləvi qətliam həyata keçirdiyina dair məlumat yoxdur.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, "zərərsizləşdirilmiş diversiya qrupunun” üzvlərinə qarşı sərhədi qanunsuz keçmək, qətl, qətl törətməyə cəhd, xüsusi mühafizə olunajn obyektlərin fotosunu çəkmək cəhdi və s. maddələr üzrə cinayət işi qaldırılacaq.
"Zərurət yaranarsa, onların əməllərinə dair müvafiq sənədlər beynəlxalq strukturlara təqdim edilə bilər” – deyə Müdafiə Nazirliyinin bəyanatda bildirilir.
Epress.am saytı hələlik ad-familiyası açıqlanmayan "ikinci diversant”ın bu gün günorta saatlarında Kəlbəcərlə Ermənistanın sərhədi yaxınlığında tutulduğunu xəbər verir. Bildirilir ki, o, əvvəlcə yaralanıb, daha sonra ələ keçirilib.

Məlumatı Ermənistanın Vardenis rayonundakı mənbə verib. Onun bildirdiyinə görə, yaralı azərbaycanlını İrəvana aparacaqlar. Vardenis erməniləri hesab edirlər ki, "azərbaycanlı diversantlardan” hələ də qalanı var. Bildirilir ki, "diversiya qrupunun” üzvlərinin axtarışına Ermənistan ordusunun bölmələri və vertolyotlar cəlb edilmişdi.
Qondarma "DQR müdafiə nazirliyi” isə "azərbaycanlı diversantların zərərsizləşdirilməsi əməliyyatının başa çatdığını” elan edib. Erməni mənbələri onu da xəbər verir ki, "diversiya qrupunun” üçüncü üzvü iyulun 11-də Kəlbəcər-Vardenis yolunda atışmada öldürülüb.

Beləliklə, Ermənistan Müdafiə Nazirliyinin bəyanatından məlum olur ki, işğalçı ölkə Azərbaycanın işğal altındakı ərazilərində əsir aldıqları iki mülki azərbaycanlıya divan tutmağa hazırlaşırlar və onlarla hərbi əsirlər kimi davranmaq niyyətində deyillər. Bu isə əsir götürülən azərbaycanlıların dəyişdirilməsi və indiyədək Azərbaycan tərəfinin etdiyi kimi geri qaytarılmasını istisna edir. Bu da Azərbaycana qarşı açıq şəkildə meydan oxumaqdır və rəsmi Bakı Ermənistanın bu azğınlığına dərhal adekvat cavab verməlidir.
Bu cavab nədən ibarət ola bilər?
Birincisi, rəsmi Bakı bəyan edə bilər ki, Azərbaycanın işğal altındakı ərazilərinə keçmiş iki mülki şəxsi "cinayətkar” elan etmək beynəlxalq normaların kobud şəkildə pozulmasıdır. Çünki bu şəxslər hətta silahlı olsalar belə Azərbaycan ərazisində işğalçı qüvvələr tərəfindən tutulublar, deməli, hərbi əsir sayılırlar.
İkincisi, Azərbaycanın əlində bir neçə erməni mülki şəxs və hərbi əsir var. Rəsmi Bakı xəbərdarlıq etməlidir ki, Ermənistan iki mülki şəxsə qarşı əsir və girov götürülmüş şəxs kimi davranmasa, Azərbaycanda saxlanılan əsir və girov ermənilərin sonrakı taleyinə görə məsuliyyət daşıyacaq

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Azərbaycan diversantı erməni zabitini öldürüb" - Rəsmi İrəvan

    "Azərbaycan diversantı erməni zabitini ...

    12-07-2014, 23:11

  • 
  • Kəlbəcərə hücum olub?

    Kəlbəcərə hücum olub? ...

    14-07-2014, 20:15

  • 
  • Ohanyan Kəlbəcərə gedən bütün yolları minalamaq əmri verdi

    Ohanyan Kəlbəcərə gedən bütün yolları minalamaq ...

    18-07-2014, 11:41

  • 
  • “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”

    “Suriya erməniləri Azərbaycanın işğal altındakı ...

    16-05-2014, 11:07

  • 
  • Erməni hüquq müdafiəçisi azərbaycanlı girovların ailəsindən üzr istədi

    Erməni hüquq müdafiəçisi azərbaycanlı girovların ...

    24-07-2014, 14:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu