Ötən il Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə İstanbulun “Taksim” meydanında təşkil edilən mitinqdə plakatlar daşıyan gənclərə qarşı bu ölkədəki erməni icmasının iddiaları təmin edilib. Erməni icması baş nazirə şikayət etdikdən sonra başladılan istintaq nəticəsində Umut Kartal, Burak K., Dərya K., Həsən Hüseyn K., Cihan D., Səməd A., Rəcəb A. və Onur G. haqqında Türk Cəza Qanunun 216/2-ci maddəsinə görə cinayət işi açılıb. Gənclər “Xalqın müəyyən bir hissəsini ictimai sinif, irq, din, məzhəb fərqliliyinə əsaslanaraq alçaltma” ittihamı ilə mühakimə edilib. Məhkəmə qərarı ilə 5 gənc haqqında ittihamlar təsdiqini tapıb və onlar 5 ay həbs cəzasına məhkum ediliblər. Daha sonra isə həbs cəzası hər bir gənc üçün 3 min lirə (təqribən 1500 AZN) pul cəzası ilə əvəzlənib. Məhkəmənin qərarından sonra əksəriyyəti tələbə olan gənclərin pul cəzasının ödənilməsinə yardım məqsədilə kampaniyaya start verilib. Sosial şəbəkədə başladılan aksiyada çərçivəsində Facebook-da “Hamımızın ortaq diliydi” başlıqlə səhifə və bank hesabı açılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?