“Ermənistan Dağlıq Qarabağ münaqişəsində güzəştlər edə bilər”. Bu barədə Amerika-Britaniya Konsorsiumuna daxil olan LİNKS (Dövlət Quruculuğu və Münaqişələrin Həlli üzrə London İnformasiya Şəbəkəsi) təşkilatının icraçı direktoru Denis Sammut Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, S. Lavrovun Bakı səfəri Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində güzəştə getməyinə səbəb ola bilər: “Rusiya baş diplomatının Azərbaycana səfəri onu göstərir ki, Moskva Bakıya öz strateji tərəfdaşı kimi baxır və o, Dağlıq Qarabağa qanunsuz nəzarət edən Ermənistanın güzəştə getməyinə nail olmağı bacarıb. Bu təcili səfər münaqişənin həlli işində Rusiyanın hərəkətliyə nail olduğunu göstərir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?