GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » AKP “Gülən camaatı”nın önəmli isimlərini həbs etdi

AKP “Gülən camaatı”nın önəmli isimlərini həbs etdi

Tarix: 24-07-2014, 14:17 Bölmə :Dünya Baxış: 0
AKP “Gülən camaatı”nın önəmli isimlərini həbs etdi


2008-ci ilin Ramazan ayında “Ergenekon”çuları həbs edən polis zabitləri 4 il sonra sahurda həbsə girdi

İyunun 21-dən 22-nə keçən gecə AKP iqtidarı əsas rəqibi olan “Gülən camaatı”na qarşı genişmiqyaslı əməliyyat keçirib. 22 şəhərdə eyni zamandan keçirilən əməliyyat zamanı “Gülən camaatı”nın önəmli isimlərindən olan polis zabitləri yaxalanıb.

İstanbul prokurorluğu ötən gecə keçirilən əməliyyatlar haqqında açıqlama yayıb. Sənəddə bildirilir ki, “paralel qurum”un casusluq, qanundankənar dinləmə fəaliyyəti ilə bağlı 115 polis məmuru saxlanıb, onlardan 67-si haqqında həbs qərarı verilib. Saxlananlara qarşı irəli sürülən ittihamlar içərisində rəsmi sənədləri saxtalaşdırma, vəzifədən sui-istifadə, dəlilləri yox etmə, dəyişdirmə, dövlətin təhlükəsizliyi ilə bağlı xəbərləri kənara ötürmə, xəbərləşmənin gizliliyinin pozulması da var: “Digər şəxslərin dindirilməsi davam edir. Keçirilən əməliyyat 2010-cu ildə “Selami-Tevhid” adlı təşkilatın qanunsuz fəaliyyəti ilə bağlı açılan cinayət işinin davamıdır. 3 il ərzində cinayətkar dəstə dövlət və hökumət rəhbərlərinin, eləcə də nazirlərin telefonlarını dinləyib. İstintaq araşdırmaları zamanı 76 nəfərin Türkiyə dövləti əleyhinə casusluqla məşğul olduğu aşkarlanıb. Son əməliyyat zamanı onlardan 52-si saxlanıb. Digər şübhəlilərin axtarışı davam edir”.

AKP “Gülən camaatı”nın önəmli isimlərini həbs etdi


Hörgütün dinlədiyi şəxslər sırasında AKP-nin, demək olar ki, bütün rəhbər şəxslərinin, partiyaya yaxın nüfuzlu millət vəkillərinin adı çəkilir. Prokurorluğun açıqlamasında göstərilir ki, telefon danışıqlarının dinlənməsi heç bir halda Türkiyə dövlətinin təhlükəsizliyi ilə bağlı deyil. Bütün dinləmələr özəl məqsədlidir.

Türkiyə mediası yazır ki, “Gülən camaatı” əməliyyatdan xəbərdar olub. Ancaq xəbərlər əməliyyatın başlanmasından bir neçə saat əvvəl olduğu üçün önləmə tədbirləri alınması mümkün olmayıb. 17 və 25 dekabrda gerçəkləşdirilən “Böyük rüşvət əməliyyatı” zamanı İstanbul maliyyə müdürlüyü başqanlığından uzaqlaşdırılan Yakub Sayğılı ötən gecə Twitter hesabında “Havada əməliyyat qoxusu var” mesajı yazıb. Ehtimal edilir ki, bu mesajdan sonra hakimiyyətin yaxalamaq istədiyi bir neçə önəmli şəxs ölkədən çıxa bilib.

AKP “Gülən camaatı”nın önəmli isimlərini həbs etdi


Səhər saatlarında polis Yakub Sayğılının da evinə gəlib. Polisin axtarışına sərt təpki verən Sayğılı əməliyyatın qanunlara yox, bir nəfərin iradəsinə dayandığını deyib.

İyulun 22-də İstanbul polisinin sonuncu “camaat əməliyyatı” həm medianın, həm də sosial şəbəkələrin əsas mövzusu olub. Ölkənin bir çox ünlü ismi AKP-nin seçkiöncəsi belə bir əməliyyat keçirməsini siyasi rəqibləri üzərində güc nümayişi kimi dəyərləndirib.

İstanbulun keçmiş baş prokuroru Zəkəriyya Öz əməliyyatla bağlı sərt danışıb: “Bəziləri öz əməllərinə haqq qazandırmaq üçün bəhanə tapmayanda bizə yüklənirlər. Evindəki paraları sıfırlaya bilməyənlər, dövlətin və millətin etibarını sıfırladılar. İndi də məsum insanlara ləkə yaxmaq istəyirlər. İsrail Türkiyəyə hücum etdiyi kimi AKP də polislərə hücum edib. İsrailə gücü çatmayan zavallılar sahurda polislərə hücum edib. Tarixə zalım və oğru olaraq keçməkdənsə, məzlum və zərərçəkən olaraq keçmək şərəflidir. Həzrəti Yusifi quyuya atan qardaşları sonralar qapısında dilənçi oldular. Acizlər oğurluqlarını gizlətmək üçün polisə iftira atırlar. Hamısı uydurmadır”.

Keçmiş futbolçu, Gülən camaatının önəmli isimlərindən Hakan Şükür də əməliyyata mesaj həsr edib: “Vətən aşiqi vətəninə xidmətkar aslanlara Qədr gecəsini aradığımız bu günlərdə sahur vaxtının kölgəsi yaraşırdı”.

AKP “Gülən camaatı”nın önəmli isimlərini həbs etdi


“Ergenekon” istintaqı zamanı həbs edilənlər isə mesajlarında tarixin ironiyasına işarə vurublar. Onların paylaşdığı mesajlardan bəlli olub ki, iyulun 22-də həbs edilən polis zabitlərinin çoxu 4 il öncə Ramazan ayında “Ergenekon”çuların həbs edilməsi əməliyyatına rəhbərlik edən şəxslərdir. İstanbul Mütəşşəkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçmiş müdiri Serdar Saçan yazır: “Alma məzlumun ahını, çıxar ahəstə, ahəstə. Bu əməliyyatı sonuna qədər dəstəkləyirəm. Bizi 2008-ci ilin Ramazan ayında həbs edənlər indi özləri həbsə girir. O zaman “Allah böyük” demişdik, indi böyüklüyünü bir daha görürük”.

OdaTV.com saytının baş redaktoru Barış Pehlivan əməliyyat haqqında açıqlamasında ötən gecə həbs edilənlərin bir zamanlar hakimiyyətin sifarişi ilə Türkiyənin vətənsevər insanlarını həbs etməsinə toxunub: “Bu şəxslər bir zamanlar onları həbs edənlərin yerindəydi. Diləyim əsl günahlarına görə ədalətli məhkəmə qarşısına çıxarılmalarıdır. Onlara bizə etdikləri zülmü görməməyi də arzu edirəm. Baxmayaraq ki, saxlanan polislərin əlində neçə suçsuz insanın qanı var”.

Aygün Muradxanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa Çağırdı

    Ərdoğan “Gülən Camaatı”nı Partiya Yaratmağa ...

    17-02-2014, 12:55

  • 
  • “Gülən camaatı”nın Bakıdakı fəaliyyəti “Wikileaks”də- Səfirin məxfi məktubu

    “Gülən camaatı”nın Bakıdakı fəaliyyəti ...

    24-02-2014, 23:41

  • 
  • İlkər Başbuğu Gülən həbs etdirdi - Polis rəisindən etiraf

    İlkər Başbuğu Gülən həbs etdirdi - Polis ...

    6-07-2017, 17:34

  • 
  • Türk polisindən şok əməliyyat: Gülən həbs edildi

    Türk polisindən şok əməliyyat: Gülən həbs edildi ...

    6-12-2017, 15:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu