"Donetsk Xalq Respublikası”nın liderlərindən biri Aleksandr Xodakovski separatçılarda "Buk" zenit-raket kompleksi olduğunu təsdiq edib. ABŞ-ın fikrincə, Malayziyanın "Boeing-777" təyyarəsi məhz belə sistemin köməyi ilə vurulub. "Röyter" agentliyinə verdiyi müsahibədə Xodakovski üsyançıların arsenalında həqiqətən "Buk" kompleksinin olduğunu bildirib. O həmçinin deyib ola bilər ki, sistem Rusiyadan gətirilib və sonra geri göndərilib. Bu dəlilləri təsdiq etməmək üçün atılan addım ola bilər. Xodakovski rəsmi Kiyevi, Ukrayna hakimiyyətini ittiham edərək bildirib ki, "Buk"un istifadəsini onlar öz hərəkətləriylə provakasiya ediblər. Onun sözlərinə görə, Kiyev separatçılarda zenit kompleksinin mövcudluğu haqqında informasiyaya malik olduğu halda avia uçuşlarını o rayonda həyata keçirirdi
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?