Liberiyada dünəndən başlayan iğtişaşlar davam edir. Aksiyalar hərbçilərin Monriviya rayonuna gedən yolları bağlamasından sonra başlayıb. Həmin şəhərdə Ebola virusuna yoluxanların sayı çoxdur. Şəhərə gedən yollara stol, stul, məişət əşyaları yığılaraq onların üstündən tikanlı məftil çəkilib.
Yerli əhali hərbçilərdən onları qapalı ərazidən buraxmağı tələb edib. Buna əməl edilməyəndə əsgərlər daş-kəsək yağışına tutulub.
Əvəzində hərbçilər atəş açıblar. 4 nəfər, o cümlədən bir uşaq yaralanıb.
Xatırladaq ki, Ebola virusu bu ilin fevralından Qvineyada yayılıb. Sonra Liberiya, Nigeriya və digər ölkələrə keçib. İndiyədək virusdan 1350 insan dünyasını dəyişib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?