Yaponiyada isti mövsümün başlamasından bu yana təqribən 40 min insan “günəş vurması”ndan xəstəxanaya yerləşdirilib, 54 nəfər isə həyatını itirib.
ANS PRESS-in məlumatına görə, bu barədə tabeliyində təcili tibbi yardım da olan Yaponiya yanğınsöndürmə idarəsi xəbər yayıb. Ən çox zərəçəkən Tokio bölgəsində olub (3,29 min). Digər bölgələrdən Saitama ətrafı (2,93 min), Osaka (2,39), Aiti (2,37 min) və Tiba (2,02 min) ən zərər çəkən zonalardır. Məlumatlar 19 may tarixindən 31 avqusta kimi hesablanır. Bu həftə ərzində isə ölkədə 687 nəfər xəstəxanaya yerləşdirilib. Əsasən ahıl insan qrupununun dözmədiyi istidə bu həftə ölən olmayıb.
Yaponiyada istilik piki 26 iyulda qeydə alınıb. Termometr göstəricisi bu gün 35 dərəcədən yuxarı qalxaraq, 920 meteo mərkəzdən 230-da bu hava olub. 30 dərəcədən yuxarı göstərici isə 702 mərkəzdə olub. Həmin gün ölkədə 7 insan həyatını itirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?