Ukraynanın şərqindəki qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın rəhbərləri sentyabrın 5-i, saat 15:00-dan atəşi dayandırmağa hazır olduqlarını bildiriblər.
musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, onlar qarşılıqlı anlaşma əldə olunacağı və Ukrayna hökuməti konfliktin siyasi həll planını imzalayacağı təqdirdə atəşi dayandırmaq haqda əmr verməyə hazır olduqlarını bəyan ediblər. Bu barədə iki separatçı qurumun “baş nazirləri” – Aleksandr Zaxarçenko və İqor Plotnitskinin birgə bəyanatında deyilir.
Xatırladaq ki, bu gün Ukrayna prezidenti Petro Poroşenko NATO-nun Uels sammiti çərçivəsində görüşləri zamanı sabah saat 15:00-da ölkənin şərqində atəşi dayandırmaq barədə əmr verəcəyini bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?