Özbəkistan Baş Prokurorluğu prezidentin qızı Gülnarə Kərimovanın həbsinin detallarını açıqlayıb.
“Qafqazinfo” Özbəkistan KİV-nə istinadən xəbər verir ki, prokurorluq bildirib ki, Kərimovanın yaxın adamları Qayane Avakyan, Rustam Madumarov, Nurmuxammad Sadikov dövlətə 152,3 milyon dollarlıq ziyan vurublar. Belə ki, onlar dövlət səhmlərini aşağı qiymətlərlə alaraq onları mənimsəyiblər və digər maliyyə maxinasiyalarına yol veriblər.
Prokurorluq Gülnarənin qızı İmanın bu il 16 yaşının tamam olduğunu və istədiyi zaman Özbəkistan sərhədlərini tərk edə biləcəyini açıqlayıb. İslam Kərimovun qızı və nəvəsinin tibbi yardıma ehtiyacları olmasına gəlincə prokurorluqdan bildirilib ki, mətbuatda bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?