Gülnarə Kərimova: “Bu nə sayıqlamadır? Prezidentlik kişi işidir...”
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova atasının postuna iddia etmədiyini bildirib.
Virtualaz.org Orta Asiya qaynaqlarına istinadən xəbər verir ki, G.Kərimova twitter bloqunda prezidentlik iddiasında olmadığını yazıb.
Günlərdir ki, Özbəkistan prezidenti İslam Kərimovla qızı arasında qalmaqal yaşanır və G.Kərimovanın biznes strukturları, telekanalları bağlanıb, mühafizəçiləri həbs olunub, özünün ölkədən çıxışına qadağa qoyulub.
“Axı bu nə sayıqlamadır?! Heç kim heç vaxt prezidentlik məsələsini müzakirə etməyib və etmir! Bu, güclü və xalq tərəfindən seçilmiş kişinin işidir” - deyə G.Kərimova twitter istifadəçisi olan tərəfdarının ona ünvanlanan sualına cavab verib.
İstifadəçi İslam Kərimovun qızına yazıb ki, Özbəkistanda prezident Gülnarə kimi qadının işidir. Çünki Şərq qadınları kişilərindən daha müdrik olurlar.
Hazırda twitter G.Kərimovanın tərəfdarları ilə əsas ünsiyyət vasitəsidir və o, xəbərləri də bu sosial şəbəkədən bölüşür. Prezidentin qızı twitterdə əvvəlcə anasının və kiçik bacısının satanizmlə məşğul olduğunu yazıb, daha sonra atasını Stalinlə müqayisə edib. Həmçinin yazıb ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rüstəm İnoyatov çevriliş edib hakimiyyətə gəlməyə çalışır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?