Ermənistanən məqsədi türklərin “erməni soyqırımı”nı tanımasıdır və bunun baş verəcəyinə əmindir
Sarkisyan AzadlıqRadiosuna müsahibəsində Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsindən də danışıb. O Dağlıq Qarabağın yekun statusunun yaxın vaxtlarda həll oluna biləcəyinə ümidlə yanaşdığını bildirib və rəsmi Bakını bu məsələdə” reallıq hissini” itirməkdə pisləyib. Sarkisyan qeyd edib ki, iqtisadi çarpışmaya baxmayaraq Yerevan Azərbaycandan olan hərbi təhlükə şəraitində silahlı qüvvələrini möhkəmləndirəcək. O bildirib ki, biz hər zaman vətənimizi qorumağa hazır olmalıyıq, amma Ermənistan həmişə danışıqları davam etdirməyə hazırdır, çünki “alternativ müharibədir” Sarkisian Osmanlı imperiyası dövründə erməni qırğınlarına da toxunub və qeyd edib ki, Ermənistanən məqsədi türklərin “erməni soyqırımı”nı tanımasıdır və bunun baş verəcəyinə əmindir. Erməniustan prezidenti həmçinin qeyd edib ki, ölkə hər il iqtisadi miqrasiyaya görə, 10 minlrlə adam itirir. Ümumilikdə 2009-cu ildə 55 min erməni Rusiya vətəndaşlığı, 20 min erməni isə son onillikdə ABŞ vətəndaşlığı alıb. O bunun ola bilsin ki, üzləşdikləri ən böyük problem olduğunu vurğulayıb. Amma prezident qeyd edib ki, biz onları itirmirik, bəli ola bilsin ki, onların kiçik bir qismi itirilib, amma onların əksəriyyəti erməni olaraq qalır, amma təəssüf ki, başqa ölkə, başqa iqtisadi sistemin inkişafı üçün çalışırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?