Ana 16 yaşlı qıznın başına odunla vuraraq onu qətlə yetirib. Savash.org teleqraf.com-a istinadən xəbər verir ki, dəhşətli hadisə Türkiyənin Giresun şəhərində baş verib. Qətl hadisəsi 2009-cu ilin iyun ayında törədilib. 9-cu sinif şagirdi Nazilə Tütüncü rüblük qiymətlərini aldıqdan sonra itkin düşüb. Qızının evə gəlmədiyin görən ata Veysel Tütüncü şəhər hüquq-mühafizə orqanlarına müraciət edib. Bir həftə sonra isə 16 yaşlı qızın cansız bədəni fındıq bağında tapılıb. Rüblük qiymətlərində 5 kəsiri olduğu öyrənilən qızın cəsədinin yanında isə ov tüfəngi aşkarlanıb. Qiymətlərinin yaxşı olmadığına görə intihar etdiyi düşünülən mərhumun cəsədi tibbi ekspertizadan keçirilib. Ancaq araşdırma nəticəsində gənc qızın intihar etmədiyi və ölümünün şübhəli olduğu ortaya çıxıb. Ötən gün isə polis tez-tez ifadəsini deyişən 46 yaşlı ananı saxlayıb. Yeter Türüncü bu dəfə cinayəti etiraf edərək qızını özünün öldürdüyünü deyib. Qzının dərslərini yaxşı oxumadığını deyən ana elə bu səbəbdən ona kəskin reaksiya verdiyini deyib: “Dərslərini çox pis oxuyurdu. Buna görə çox əsəbləşdim. Başına odunla vurdum. Daha sonra isə evdən ov tüfəngi gətirərək qızın əli ilə özünə atəş açdım. Məqsədim hadisəni intihar kimi qələmə vermək idi”. İki uşaq anası Yeter Tütüncü həbs edilib. Faktla bağlı araşdırma davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?