ABŞ-ın məşhur “Lockheed Martin” aerokosmik istehsalat şirkətinin sabiq baş elmi işçisi yadplanetli gəlmələr barədə sensassiyalı etiraflar edib.
Bu il avqustun 7-də vəfat edən Boyd Buşman vəfatından az öncə 33 dəqiqəlik video müraciətlə bəşəriyyəti uçan naməlum obyektlər və yadplanetli varlıqlar barədə məlumatlandırıb.
“Mən tam məxfi məlumatları açıqlayıram” deyən Buşman hələ 1947-ci ildə baş verən ABŞ hava qüvvələrinə məxsus hava şarının qəzaya uğramasını da yadplanetlilərlə əlaqələndirib. Onun sözlərinə görə, ABŞ-ın məxfi 51-ci bazasında amerikan, rus və çin mütəxəssisləri tərəfindən anti-qravitasiya texnologiyasının hazırlanması sahəsində iş aparılır.
Sabiq elmi-işçi əlində tutduğu fotoşəkildə yadplanetli varlığın görüntüsünü də nümayiş etdirir. Həmin məxluqların zahiri görünüşünü təsvir edən Buşman onların 135-150 santimetr hündürlükdə olduqlarını bildirir. Alimin sözlərinə görə, onların belləri üç sümük sütundan ibarətdir və bədənləri əsasən qığırdaqdan ibarətdir. Qabırğaları insan qabırğalarından azdır, insanlarda olan kimi əl və ayaq barmaqları mövcuddur. Bu varlıqların gözləri və burunları insanlardan fərqlidir, onlar telepatiya bacarığına malikdirlər və beyinlərdəki fikirləri oxuya bilirlər.
“Onlar sizinlə danışmaq üçün öz səsinizdən telepatiya yolu ilə istifadə etməyi bacarırlar. Belə ki, onlardan biri ilə otaqda danışmaq istərkən birdən hiss edəcəksiniz ki, ona verdiyiniz sualların cavabını siz öz səsinizlə özünüzə verirsiniz.” – Buşman əlavə edir.
Bu sensassiyalı video müraciətindən qısa müddət sonra vəfat edən Boyd Buşman gəlmələrin irqi barədə də məluamt verir. Onun sözlərinə görə, bu varlıqlar iki irqdən ibarətdir: “Bu mal-qara ferması kimidir. Bəzilərinin yaşı 230 il ola bilər. Onlardan bir qrupu höcətçi təbiətlidir, digər qrupu isə mal-qara oğruları kimidir. Höcətçi tiplilər daha mehribandırlar və biz insanlarla əlaqələri daha yaxşıdır.”
Video müraciətdə sabiq elmi-işçi bu varlıqların yaşadığı məkan barədə də məlumat verir. O bildirir ki, gəlmələr Kuintumnia adlı planetdə yaşayırlar. Bu planet yerdən 68 işıq ili məsafədə yerləşir və bizim planetə gəlmək üçün onlar cəmi 45 dəqiqə vaxt sərf edirlər. Öz məkanlarında bir-birilə telepatiya yolu ilə əlaqə saxlayırlar.
Mərhum alim bildirir ki, onların evlərinin formasını da görüb. Belə ki, onun iddiasına görə, gəlmələrə öz planetlərində çəkiliş aparmaq üçün fotokamera veribmiş. Lakin, həmin fotoşəkillər korlandığı üçün orada nəyin təsvir edildiyini anlamaq çətinləşib. (inter.az)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?