1996-cı ildə Rusiyada tapılmış yadplanetli məxluqun tibbi ekspertizası görənləri heyrətə qərq edib.
1996-cı ildə Rusiyada meşəlik sahədə qəzaya uğrayaraq parçalara ayrılan “UNO”nu müşahidə edən rus ordusu yaşanan hadisəni dünyanın diqqətinə çatdırıb. Qəzaya aid yalnız bir fotoşəkil tapıldığı üçün illərlə gerçək olub-olmadığı müzakirə mövzusu olan hadisəylə bağlı illər sonra yeni bir video tapılıb.
Bu görüntüləri illər sonra ələ keçirib dünya ilə paylaşan rus mediası, yenidən mövzunu gündəmə gətirib.
Amerika mediasının bu görüntülərin saxta olduğunu iddia etməsinə baxmayaraq, rus mütəxəssislər görüntünün gerçək olduğunu düşünür. Xarici mətbuat isə rus media orqanlarının son dövrdə yadplanetlilərlə bağlı xəbərlərə “ağırlıq” verməsinə diqqət çəkir. Xüsusilə “Pravda” qəzetinin ötən aylarda bir qrup elm adamının yadplanetlilərlə təmasa keçdiyini iddia etməsi, dünya mətbuatında əks-səda yaratmaqla yanaşı, bu görüntülərin təkrar nə üçün gündəmə gətirildiyi sualına hələ də cavab axtarılır.
Başqa planetdən gəldiyi iddia edilən və canavara bənzəyən varlığın istifadə etdiyi uçan boşqabın dağıntıları gürcüstanlı Vasili Dubinşev adlı 43 yaşında bir kəndli tərəfindən tapılıb.
V.Dubinşev rus polisinə verdiyi ifadədə, səhər saat 6-da traktorla tarlaya gedərkən birdən-birə səmada bir səs-küy eşitdiyini və yuxarıya baxdıqda 120-150 metr yüksəklikdə hərəkətsiz dayanan bir uçan dairə gördüyünü bildirib. Uçan dairənin ətrafı yaşıl, sarı və qırmızı işıqlarla çevrələnmiş bir halda olub. Hadisədən təşvişə düşən kəndli, uçan dairənin havada nə qədər qaldığını müəyyən edə bilməyib. Sonra birdən-birə “UNO”nun sürətlə irəlilədiyini və bir an sonra yolun dönüşündəki kiçik təpənin arxasından bir partlama səsi eşitdiyini deyib.
Dubinşev ifadəsinə belə davam edir: “Dərhal traktoru partlama yerinə doğru sürdüm. Uçan dairənin geniş bir sahəyə dağılan parçaları təpənin ətrafında idi. Parçalar ağ rəngdə idi. Dərhal polisə xəbər verdim”.
Polis hadisə yerində etdiyi araşdırmalar nəticəsində kiçik təpəyə yaxın meşənin içində ölü bir varlıq tapmışdı. Bu insandan çox sürünən canavara bənzəyən cansız gövdə dərhal nəzarətə alınmışdı. Bundan əlavə qəza yerindəki hissələr və torpaq üzərindəki toz qalıqlarının bir qismi toplanmışdı.
Varlığın boyu 132 sm-dir. Görkəmi az da olsa, insanı xatırladır. Boyu çox qısa, kirpikləri və gözləri isə yumrudur. Başında tük yoxdur. Burun kiçik bir dəlikdən ibarətdir. Ağızı kiçik və yumşaqdır. İki qulağı var. Dərisi qırmızı-qəhvəyi rənglidir. Bütün bədənini incə və mavi damarlar örtüb.
Tapıldığı vaxt varlığın üzərindəki geyimlər yanmışdı. Bəlkə də varlıq, “UNO” partlamadan öncə özünü çölə atıb.
Tapılan varlığın hüceyrə quruluşunda karbon mövcud deyil. Lakin bədəndə aşkar olunan bol miqdarda silikon alimlərin diqqətini çəkib. Dəri quruluşu isə bol miqdarda azot və helium sovurmaq üçün uyğundur. Elm adamları bu xüsusiyyətdə olan bir varlığın 1000 dərəcə istilikdə belə yaşaya biləcəyini təxmin edir. Elmi araşdırmaları icra edən doktor Fyodor Petrov varlığın yer üzündən daha isti bir planetdən gəldiyi qənaətindədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?