Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla Fəthullah Gülən arasında baş verənlərin diqqət mərkəzində olduğu bir zamanda F.Gülənin yeni səs yazısı ortaya çıxıb.
AKP-dən olan millət vəkillərinin bundan əvvəl yayımlanan, “Sabah” qəzeti və ATV-nin satışı ilə əlaqədar danışıqların yer aldığı səs yazısından sonra F.Gülənin səs yazısının yayılması təsadüfi hesab edilmir. Belə ki, bunu AKP-çi deputatların səs yazısını yayan “Camaat” üzvlərinin hərəkətinə qarşılıq olduğu deyilir.
Yeni kasetdə F.Gülənlə söhbət edən şəxs bir neçə iş adamının adını çəkir.
Yeni səs yazısında 70-ə yaxn millət vəkilinin AKP-dən istefa verəcəyi bildirilir. Həmçinin yeni bir partiyanın yaranacağı, yeni partiyanın seçkilərdə 30 faiz səs toplayacağı vurğulanır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?