Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının keçmiş üzvləri “Ədalət naminə” adlı partiya yaradıblar.
Bu barədə yeni partiyanın təsisçilərindən biri Eka Beselia mətbuat konfransında bildirib.
O deyib ki, partiyanın əsas məqsədi ölkədə ədalətin bərpa olunmasıdır.
Partiyanın təsis qurultatı iyun ayının 20-də keçiriləcək.
E.Beselia ilə yanaşı partiyanın təsisçiləri Zviad Kvaçantiradze və Gedevan Popxadzedir. Onlar partiya ilə bağlı müxtəlif siyasi təşkilatlar və siyasətçilərlə məsləhətləşmələr aparacaqlarını bildiriblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?