Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” müxalif siyasi hərəkatının lideri İrakli Okruaşvili iyunun 20-21-də Tbilisidə baş verən hadisələrlə bağlı saxlanılıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
Müxalifətçi kütləvi zorakılığın təşkili və iştirakda ittiham olunur.
İstintaqla müəyyən olunub ki, İ.Okruaşvili onu müşayiət edən şəxslərlə birgə nümayişçiləri zorakılıqla parlament binasına soxulmağa çağırıb.
Kütləvi zorakılıqda iştirak və polisə hücum ittihamı ilə daha 4 şəxs saxlanılıb.
Qeyd edək ki, sabiq nazir iyulun 23-də Tbilisi Şəhər Məhkəməsində 20-21 iyun hadisələri ilə bağlı istintaqa ifadə verib.
***19:31
Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” müxalif siyasi hərəkatının lideri İrakli Okruaşvili saxlanılıb.
Siyasətçi “Rustavi 2” televiziya kanalında yayımlanan “Vanonun şousu” verilişində iştirak edib.
Teleşirkəti tərk edən İ.Okruaşvili polis tərəfindən saxlanılıb.
Müxalifətçinin hansı səbəbdən saxlanıldığı hələ məlum deyil.//Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?