Bu barədə Ermənistan polisinin rəis müavini, parlamentin deputatı Hunan Poqosyan bildirib. Onun sözlərinə görə, fahişələr daha çox Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərməyə meyl göstərirlər.
Ölkə iqtisadiyyatının tənəzzülü işsizlərin sayını artırıb və bu gün bu qədim erməni sənəti ilə hətta ərli qadınlar da məşğul olmağa başlayıblar. Hər halda, ailəni nə cürsə dolandırmaq lazımdır.
Polis məmuru həddindən gəlirli biznes olan bu canlı əmtəə ilə ticarətin artması barədə həyəcan təbili çalır. O, deputatlara bildirib ki, trafikinq ilə bağlı cinayətlərin sayı ildən ilə artır. O qeyd edib ki, həm də məişət zorakılığı artır və onun qurbanları arasında hətta azyaşlılar da yer alır.
Poqosyan bildirib ki, Ermənistanın yavaş-yavaş region üzrə insan alveri mərkəzinə çevrilməsi deputatları narahat etməlidir.
Sorğu
Yeni dizaynımız necədir?