Son 24 saat ərzində Suriyanın şimalında İŞİD-lə baş vermiş silahlı insident zamanı, habelə terrorçuların mövqelərinə endirilmiş hava zərbələri nəticəsində qruplaşmanın 31 silahlısı məhv edilib.
Report-un məlumatına görə, bu barədə "Reuters" türk hərbçilərinə istinadən xəbər yayıb. Məlumata görə, terrorçulardan 14-ü Axterin və Türkmən Barex yaşayış məntəqələrinə hücum zamanı məhv edilib. Daha 17 terrorçu isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava zərbələri zamanı zərərsizləşdirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?