İŞİD terrorçuları edamlarını davam etdirir. Terrorçular bu dəfə öz hakimlərini ölümə məhkum ediblər. Bu barədə Almaniyanın "Der Spiegel" dərgisi xəbər verib. İŞİD qruplaşmasının şəriət komissiyasına cavabdeh olan Tunis əsilli hakim Əbu Cəfər əl-Xəttab "təkfir" anlayışını (inanan birini kafir elan etmə) həddindən artıq istifadə etdiyi, səlahiyyət həddini aşdığı üçün öldürülüb.
Eyni cinayətə görə Xəttabla birlikdə yüksək çinli İŞİD məmurlarının da həbs edildiyi qeyd olunur. Ancaq onların aqibəti məlum deyil. (APA)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?