Bazar ertəsi ABŞ və digər 20 ölkə Kubanı minlərlə azadlıq nümayişçisinə basqınına görə qınayıb və Havananı nümayişçiləri sərbəst buraxmağa və ada ölkəsində interneti bərpa etməyə çağırıb.
"Bu gün dünyanın hər yerindəki demokratiyalar Kuba xalqını dəstəkləmək üçün bir araya gəlir və Kuba hökumətini vətəndaşlarının universal insan hüquqları tələblərinə hörmətlə yanaşmağa çağırır" - deyə, ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Onun sözlərinə görə, yüzlərlə nümayişçini həbs edən Kuba hökuməti “öz xalqının səsini eşitməklə deyil, arbitrar həbslər və lazımi proses zəmanəti olmayan gizli məhkəmələr yolu ilə bu səsləri daha çox boğaraq cavab verib”.
Birgə açıqlamada 11 iyul tarixində küçələrə çıxan on minlərlə kubalının beynəlxalq insan haqları xartiyalarında “təsbit edilmiş ifadə və sərbəst toplaşmaq azadlıqlarından istifadə etdikləri” ifadə edilib.
"Biz Kuba hökumətini Kuba xalqının səslərinə və tələblərinə qulaq asmağa çağırırıq. Beynəlxalq ictimaiyyət Kuba xalqına və bütün insanların layiq olduğu əsas azadlıqların müdafiəsinə qalxanlara dəstək verməkdən çəkinməyəcək" - deyə, birgə bəyanatda deyilir.
Açıqlamada ABŞ-a qoşulan ölkələr arasında Avstriya, Braziliya, Kolumbiya, Xorvatiya, Kipr, Çex Respublikası, Ekvador, Estoniya, Qvatemala, Yunanıstan, Honduras, İsrail, Latviya, Litva, Kosovo, Çernoqoriya, Şimali Makedoniya, Polşa, Cənubi Koreya və Ukrayna olub.
ABŞ prezidenti Co Bayden ötən həftə Kuba basqınına görə hökuməti tənqid edib və yüzlərlə etirazçının saxlanmasına görə Kuba ordu rəhbəri və ölkənin daxili təhlükəsizlik şöbəsinə qarşı sanksiyalar tətbiq edib. Kuba hökuməti isə bu etirazları pisləyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?