Baş kəsən terrorçular kimi tanınan İŞİD daha bir tükürpərdən cinayətə əl atıb. Terrorçular bu dəfə əl kəsiblər.
Buna səbəb isə qurbanın oğurluq etməsi olub.
Əl kəsmə mərasimi Fırat çayının sahilində baş tutub. Çay sahilindəki İraqın Əl Qaim qəsəbəsinin meydanına gətirilən kişinin əli qiyməkeşlə biləkdən kəsilib. Bu zaman onun gözləri bağlanılıb.
Daha bir cəza isə Suriyada icra edilib. Ölkənin şərqindəki Deyr Ez Zor şəhərində porno film izləyən bir gənc qamçılanıb. Şəhər meydanında baş tutan qamçılanmanı meydana toplaşanlar izləyiblər.
Hər iki cəzalandırma prosesinin fotoları internetdə yayımlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?