Yeddi namizəd arasında ən zəngini indiki prezident Serzh Sarkisyan imiş
Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkisində namizəd olan yeddi siyasətçi arasında ən zəngini indiki prezident Serzh Sarkisyan imiş. Namizədlərin təqdim etdikləri gəlir bəyannamələri əsasında belə demək olar. Özünü ən kasıb təqdim edən isə bir vaxtlar Qarabağdakı erməni rejiminin “xarici işlər naziri” olmuş Arman Melikayn olub. Prezidentliyə namizəd və Ermənistanın indiki prezidenti Serj Sarkisyanın MSK-ya təqdim etdiyi bəyannamə: Xankəndində sahəsi 96 m2. olan mənzil. Mitsubishi Montero markalı, 1992-ci il buraxılışı olan avtomobil 32 rəsm əsəri – müəlliflər Xacanyan, Saryan, Akopyan, Başincanyan, Abeqyan və başqaları. Bir neçə qədim heykəlciklər. 108 milyon 400 min dram - 266 000 ABŞ dolları (16 yanvar 2013-cü ilə) Serj Sarkiyan əsas gəlir mənbələrinin maaşı və “Araratbank”ın qiymətli kağızlarından əldə etdiyi dvidentlər olduğunu göstərib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?