GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » «Sarkisiyanın təkrar seçilməsi… vaxt itkisidir»

«Sarkisiyanın təkrar seçilməsi… vaxt itkisidir»

Tarix: 19-02-2013, 11:26 Bölmə :Dünya Baxış: 810
«Sarkisiyanın təkrar seçilməsi… vaxt itkisidir»

Ermənistan müstəqil dövlət deyil,
onun prezidentini də Moskva təyin edir


Ermənistanda seçki qutuları açılmasa da, Bakıda bu seçkilərin nəticəsi onu izləyənlərə gün kimi aydındır. Politoloqlar növbəti 5 ildə də Ermənistan dövlətinə indiki prezident Serzh Sarkisian-ın başçılıq edəcəyinə əmindirlər.
Prezidentlik uğrunda 7 namizəd mübarizə aparsa da, müşahidəçilər üstünlüyü məhz Sarkisian-a verirlər. Niyə? Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə Sarkisyanı Moskvanın dəstəklədiyini söyləyir: «Ermənistan müstəqil dövlət deyil. Onun prezidentini də, güc nazirlərini də Moskva təyin edir. Demək, bu dəfə də Ermənistanda Serzh Sarkisian seçiləcək. O, Moskvaya tabedir, ordan gələn bütün əmrləri yerinə yetirir. O, Ermənistan siyasi elitasının ən görkəmli şəxsi deyil. Əslində, prezidentliyə Levon Ter-Petrosian layiqdir – intellektual və Qərbmeyllidir, Ermənistanın taleyini düşünəndir. O, 1998-ci ildə Azərbaycanla sülh bağlamaq istəyirdi. Buna görə də Moskva onu uzaqlaşdırdı. İndi də Rusiya əlindən gələni edir ki, Petrosian-ı hakimiyyətə buraxmasın. Buna görə də seçkilər saxtalaşdırılacaq və Serzh Sarkisian Ermənistanın prezidenti olacaq».
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyir ki, Qərb kimi Moskva da Serzh Sarkisian-dan, onun ikili oyunlarından narazıdır. Amma bununla belə, politoloq düşünür ki, Moskva yenə də onun prezidentliyi üçün yaşıl işıq yandıracaq.
Mübariz Əhmədoğluna görə, Serzh Sarkisian-dan başqa yerdə qalanların qalib gəlmək şansı azdır: «7 namizəddən ikisi iştirak etməyəcək. Raffi Ovanisian və Hrant Bagratyan Ermənistan miqyasında resursları yoxdur ki, seçkilərdə böyük səsə yığsınlar. Ona görə də Sarkisian birmənalı udacaq, üstəlik də Rusiya Raffi Ovanisian kimi avantürist, üstəlik, «Amerikanın adamı» kimi tanınan bir siyasətçinin qalib gəlməsinə imkan verməyəcək».
Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Richard Giragosian AzadlıqRadiosuna deyib ki, bu, tarixdə ən rəqabətsiz seçkilərdir: «Bu seçkilərin keçirilməsi ilə bağlı tənqidlər daha çoxdur, nəinki nəticə ilə bağlı mübahisə. Ona görə, indiki prezident Serzh Sarkisian udmalıdır».
Serj Sarkisiyanın hakimiyyətdə qalması o deməkdirmi ki, Dağlıq Qarabağ münaqişəsi daha 5 il çözülməmiş qalacaq? Vəfa Quluzadə deyir ki, münaqişənin həlli Rusiyadan asılıdır. Rusiyada hakimiyyət dəyişməsə, münaqişə həll olunmayacaq.
Mübariz Əhmədoğlunun fikrincə, Sarkisian istəsə, Dağlıq Qarabağla bağlı radikal addım ata bilər: «Ermənistan yaxınlarda Dağlıq Qarabağ məsələsində Azərbaycana doğru radikal addım atsa, vəziyyət dəyişə bilər. Əks halda, Ermənistan dövlət müstəqilliyini itirərək Rusiyanın tərkibinə keçəcək. Rusiya da Dağlıq Qarabağ məsələsini Azərbaycanla sövdələşməyə çıxaracaq».
Siyasi şərhçi Hüseynbala Səlimov növbəti 5 ili vaxt itkisi sayır: «İndi Ermənistanda hakimiyyətdə olan qüvvələrə «Qarabağ klanı» və ya «əyalət elitası» deyirlər. Mən bu əyalət elitasından nə Azərbaycan, nə Dağlıq Qarabağ, nə də Ermənistan üçün müsbət nəsə gözləyirəm. Sarkisyan 5 ildir hakimiyyətdədir. O, konstruktiv mövqedə olsaydı, bunu ötən 5 ildə müşahidə etmək mümkün idi. Onun təkrar seçilməsini həm Azərbaycan, həm Dağlıq Qarabağ, həm də Ermənistan üçün vaxt itkisi sayıram».
Ermənistanda qeydə alınan 8 namizəddən 6-sı seçki marafonuna qatılıb. Namizədlərdən birinə –Paruyr Ayrikyan-a seçki ərəfəsində sui-qəsd edildiyindən o, indi xəstəxanadadır. Milli Həmrəylik Partiyasının sədri Aram Harutyunyan fevralın 8-də namizədliyini geri götürüb. Sorğular prezident Serzh Sarkisyan-ın qalib gələcəyini deyir. Seçicilərin təxminən 70 faizinin ona səs verəcəyi güman edilir. 2008-ci ilin prezident seçkisində Serzh Sarkisian-ın qələbəsi elan ediləndən sonra etirazçılarla polis arasında baş verən qarşıdurmada 10 adam ölmüşdü.
Şahnaz Bəylərqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İ.Əliyev: «Sarkisian bir cümlədə 4 yalan deyib»

    İ.Əliyev: «Sarkisian bir cümlədə 4 yalan deyib» ...

    3-06-2016, 15:53

  • 
  • 'Stratfor': Ermənistanda narazılıq artacaq

    'Stratfor': Ermənistanda narazılıq artacaq ...

    5-08-2016, 00:41

  • 
  • Ermənistanda mitinq belə dağıdıldı - VIDEO

    Ermənistanda mitinq belə dağıdıldı - VIDEO ...

    23-06-2015, 10:36

  • 
  • ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş

    ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş ...

    3-04-2014, 11:55

  • 
  • Ermənistanda Moldovanın ombudsmanını ölümlə hədələyiblər

    Ermənistanda Moldovanın ombudsmanını ölümlə ...

    5-07-2013, 23:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu