Yəmənin dörd cənub əyaləti prezident Əbdurabbu Mənsur Hadinin istefa verəcəyi təqdirdə itaətsizliyə əl atacağını bəyan edib. Musavat.com xəbər verir ki, məlumatı "Frans Press" yayıb.
Məlumata görə, şiələrə qarşı çıxan əyalətlər Aden, Abyan, Lahc və Əd-Dalidir.
Qeyd edək ki, Yəmən prezidenti Əbdurabbu Mənsur Hadi istefa verib. Daha sonra məlum oldu ki, parlament istefanı qəbul etməyib və bu gün səhər nğvbədənkənar iclas keçiriləcək.
Bu arada isə şiə üsyançıların lideri Yəməndə Prezident Şurasının yaradılmasını təklif edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?