GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qərbin yeni inqilab strategiyası

Qərbin yeni inqilab strategiyası

Tarix: 17-03-2015, 00:46 Bölmə :Dünya Baxış: 0
Qərbin yeni inqilab strategiyası

“Məxməri inqilabları” əvəzləyəcək yeni “şist inqilabları” dövrü başlanır

Son günlərin bəlkə də əsas müzakirə obyektinə çevrilən neftin qiymətlərinin ucuzlaşması prosesi davam etməkdədir. Ukrayna böhranından sonra Qərbin Rusiyaya başlanan sanksiyaları, ardınca neft qiymətlərinin kəskin ucuzlaşması artıq öz fəsadlarını göstərir. Şimal qonşumuzun iqtisadiyyatında hiss olunan geriləmə, rublun kəskin ucuzlaşması keçmiş postsovet ölkələrinə də təsirsiz ötüşməyib. Fevralın sonlarında manatın devolivasiya uğraması ilə Azərbaycan iqtisadiyyatı artıq yeni dönəmə qədəm qoydu. Bəs neft qiymətlərinin belə ucuzlaşması qara qızıl ixrac edən ölkələrə necə təsir göstərə bilər və bu hansı məqsədlərə xidmət edir?

Təbii ki, neftin qiymətlərinin enməsi sırf iqtisadi səbəblərlə bağlı deyil.

Rusiya üçün “SSRİ variantı”

ABŞ-ın özəl kəşfiyyat şirkəti, Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” kimi tanınan “Stratfor”un direktoru, Corc Fridmanın fikirlərinə baxsaq çox şey aydın olar: “ Bu müharibənin nüvə silahı enerji resurslarıdır. Həmin resurslara da Amerika malikdir, çünki şist qazı və nefti hasil etmək üçün texnologiya işləyib hazırlayıb. Əgər bura İranda və İraqda hasil oluna bilən faydalı qazıntıları da əlavə etsək, o zaman biz nəhəng gücə malikik. Söhbət təkcə Avropanın Rusiya neftindən və qazından asılılığını aradan qaldırmaqdan getmir. İdeya ondan ibarətdir ki, bazarda neftin və qazın qiymətini öldürmək lazımdır. Bu isə Putin üçün çox ağrılı olacaq”.

İqtisadçıların fikrincə, neftin barreli 1dollar ucuzlaşanda Rusiya büdcəsi 2,2 milyard itirir.

Onun ucuzlaşması isə neft ixracından asılı olan Rusiyanı cəzalandırmaq metodudur. Başqa sözlə, bu versiyanın tərəfdarları iddia edir ki, Qərb, o cümlədən Birləşmiş Ştatlar neftin qiymətini bilərəkdən endirir və bununla da Ukraynanın ərazisini işğal etdiyinə görə Rusiyadan qisas alır. Həmin ekspertlər xatırladır ki, tarixdə artıq belə bir situasiya olub. SSRİ-nin iqtisadiyyatının çökməsi və bu imperiyanın dağılmasının da əsas səbəbi neftin kəskin ucuzlaşması idi. Güman edilir ki, o vaxt da bunu Qərb təşkil etmişdi. Əksəriyyət neftin dəyərdən düşməsinin arxasında siyasi amil durduğunu istisna etmir.

Çünki Rusiyada ixracatın üçdə ikisi, büdcə gəlirlərinin yarıdan çoxu neft-qazdan formalaşır. Rusiya Energetika və Maliyyə İnstitutunun əməkdaşı Nikolay İvanov bildirib ki, Amerika neftin 50 dollara düşməsini vecinə almır, sakitcə seyr edir. Əgər qiymət belə qalsa, hasilat sutkada 500 min barrel azalacaq, bu isə bazarda situasiyanı dəyişmək üçün yetərli deyil.

Hazırda ABŞ sutkada 11,81 mln barrel hasil edir. 2014-cü ilin sonunda ABŞ Rusiyanı ikinci yerə sıxışdıraraq (sutkada 10,93 mln barrel) liderliyə yüksəldi. Qaz hasilatında isə Rusiyanı ötüb. Hər iki halda bu, şist texnologiyalar hesabına olub. O, qaz hasilatını 100%, neft hasilatını 95% artırmağa imkan verib.

"Şist inqilabı hələ indi başlayır” – deyə Nikolay İvanov bəyan edib. “Bu, texnologiya məsələsidir. Hətta neft indiki qiymətdə qalsa da, hasilat artacaq".

Dünya tarixinin “Şist dövrü”

Xatırladaq ki, son vaxtlara qədər şist qazının hasilatı çətin həyata keçirilən iş idi. Ancaq iki innovasiya texnologiyası – təbii ehtiyatların çıxarılması üçün üfüqi qazma və frekinq vəziyyəti dəyişib. Bunun nəticəsini təsəvvür etmək çətin deyil. Təkcə iqtisadi səmərə baxımından deyil, həm də geosiyasi mənada. Məhz bu texnologiya nəticəsində Qərb qeyri-stabil Yaxın Şərqin və Rusiyanın neft və qazından olan asılılıqdan xilas ola bilər. Çünki qazlı şist bütün dünyada, o cümlədən də Böyük Britaniyada var. Bu köhnə dünya düzənini silkələyib. Dünyada hakimiyyət balansı göz qabağında dəyişir.

Bir çox iqtisadi ekspertlərin proqnozlarına görə, 2017-ci ildə ABŞ neft istehsalına görə Səudiyyə Ərəbistanını geridə qoyacaq. ABŞ artıq dünyada böyük təbii qaz istehsalçısıdır və ehtimal olunur ki, 2035-ci ilə Yaxın Şərq neftinin və qazının 90%-i Asiyaya ixrac ediləcək. Həmin vaxtı ABŞ demək olar heç nə idxal etməyəcək. Onilliklərlə bütövlükdə Qərb və Birləşmiş Ştatlar xarici siyasətini Yaxın Şərq nefti və qazından asılılığı nöqteyi-nəzərindən formalaşdırırdı. Bundan sonra isə artıq yeni tarixi dövrün başlanacağını düşünmək olar. Onilliklərlə Avropa Rusiyanın onun asılı olduğu qazın qarşısını kəsəcəyindən qorxurdu. Şist qazı inqilabı hesabına Qərbin energi müstəqilliyi dünya siyasətinin şərtləri dəyişəcək.

Qeyd edək ki, şist neftin, təbii qazın indi çıxarıldığı qatlardan aşağıda yerləşir. Bu süxurlar tərkibcə metandan ibarətdir. ABŞ-da şist neftinin ehtiyatı təxminən 2 trilyon barrel, şist qazının ehtiyatı isə 24 trilyon kub metrdir. Amerikada 2010-cu ildə 51 milyard kub metr şist qazı istehsal olunub.

Azərbaycan üçün təhlükələr və mümkün risklər

Təbii ki, iqtisadiyyatının əsasını neft və qaz ixracı təşkil edən, Avropanın enerji təminatında mühüm rol oynamağı hədəfləyən Azərbaycan üçün də proseslər təsirsiz ötüşmür.

İqtisadçıların hesabatlarına görə, neftin hər 10 dollar ucuzlaşması dövlət büdcəsinə 240-250 milyon dollar həcmində təsir edir.

Yanvar ayına olan məlumata görə, 1 barrel brent markalı neftin qiyməti 48,4 dollara qədər ucuzlaşıb. Dünya üzrə 2014-cü ildə neftin təklifi tələbdən çox olub. Bu da ucuzlaşmanı şərtləndirən əsas amillərdən biridi. Dünya bazarına ən çox neft çıxaran OPEC-di. Neft ixracatçılarının birliyində Səudiyyə Ərəbistanı xüsusilə fərqlənir. OPEC-dən kənar oyunçular sırasında Rusiya və ABŞ dünya bazarında əsas neft təklif edən ölkələrdir.

Bəzi proqnozlarda neftin qiymətinin 25 dollara qədər ucuzlaşacağı, bəzilərində isə qiymətinin 40 dollardan aşağı düşməyəcəyi bildirilir. Artıq demək olar ki, hamı neftin əvvəlki yüksək qiymətə satılmayacağını deyir. Beynəlxalq Enerji Agentliyi il üçün orta qiyməti 54,5 WTI markalı xam neftə proqnozlaşdırılıb. Brent markalı neft 57,58 dollara (Azərbaycan nefti də bu markaya uyğundu) proqnozlaşdırılıb.

Neftin qiymətinin bu səviyyədə olması həm benzinin, həm dizel yanacağının, həm də təbii qazın qiymətinə təsir edir. Məsələn, proqnozlaşdırırlar ki, benzinin 1 qallonu orta hesabla bu il 2,33 dollar olacaq. Bir qallon 3,78 litrə bərabərdir.

Parlamentdə qəbul olunan “2015-ci il dövlət büdcəsi haqqında” qanunda neftin qiyməti 90 dollar dəyərində götürülüb. Dövlət büdcəsində 19,5 mlrd. manat gəlir və 21 mlrd. manatdan çox xərc nəzərdə tutulub. Neft Fondundan transfertlər nəzərə alınmadan, büdcə defisiti təxminən 15,5 mlrd. manat təşkil edə bilər.

Bir çox ekspertlərin qənaətinə görə büdcə 90 dollardan hesablansa, o zaman ilin sonunda 6 milyard manat kəsir olacaq. Qanuna görə, büdcədə müdafiə olunan xərclərə toxunula bilməz. İnvestisiya xərclərinin içində isə əsas yük Cənub Qaz Dəhlizi və Avropa Oyunlarının təşkilidir ki, təxirə salınması mümkün deyil. Ona görə də 2015-ci ilin dövlət büdcəsini icra etmək asan olmayacaq.

2015-ci ilin dövlət büdcəsində 7 milyard manatlıq investisiya xərci ayrılıb. Onun təxminən 1,5 milyardı Avropa Oyunlarına xərclənəcək. Məlumatlara görə, hökumət 7 milyardlıq investisiya xərcinin 1,9 milyard manatını ehtiyat kimi saxlayıb. Təqribən 5 milyard manatı icra olunacaq. Bu səbəbdən sosial layihələrin, sosial yönlü xərclərin icrasında problemlər olmayacaq.

Ekspertlərin qənaətinə görə, dünya bazarındakı ucuzlaşma birinci Neft Fondunu “vuracaq” ki, əvvəla, ölkəmizdə hasilat ötən il nisbətən qənaətbəxş səviyyədə qalsa da, bu ildə buna ümid etmək olmayacaq. Nəzərə alsaq ki, ARDNF-in üzərinə böyük xərc öhdəlikləri düşür ki, dövlət büdcəsinə transfertdən əlavə, Neft Fondundan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində ölkəmizin iştirak payı, TANAP, “Cənub Qaz Dəhlizi” kimi böyük layihələr maliyyələşdirilir.

Dövlət büdcəmizin gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50 faizdən yuxarı təşkil edir ki, 2013-cü ilin büdcəsinə ARDNF-dan transfert 11 milyard 350 milyon manat nəzərdə tutulmuşdu ki, bu da gəlirlərin 59,2 faizi demək idi. 2014-cü ilin dövlət büdcəsində ən mühüm cəhət bunun məhz 17,7 faiz az təşkil etməsi sayılsa da, 2015-ci ilin büdcəsində ARDNF-dən transfert cari ilin büdcəsinə proqnozlaşdırılandan 11,3 faiz çox həyata keçiriləcək.

Lakin, bir çox ekspertlər bədbinliyə qapılmağa əsas görmürlər. Məsələn, Rusiyanın valyuta ehtiyatları adambaşına 3 min 200 dollar, Azərbaycanda isə 7 min 800 dollar təşkil edir. Azərbaycanın valyuta ehtiyatları digər MBD ölkələri ilə müqayisədə yaxşıdır.

Dünya iqtisadiyyatında və siyasətində başlanan yeni dönəmdə konturların yenidən çiziləcəyi şübhəsizdir. Böyük güclərin savaşı kiçik ölkələri çətin vəziyyətə sürükləyir. Ancaq Tanrı Azərbaycana bütün imkanları verib ki, öz iqtisadiyyatını güclü qursun. Belə gərgin situasiyada qeyri-neft sektorunun inkişafına diqqət ayrılmalı, zəngin təbii ehtiyatlarımızdan səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatının inkişafına diqqət artırılmalı, öncəki illərdə qəbul edilmiş, lakin işləməyən proqramların icrası sürətləndirilməlidir. İnhisarçılıq və korrupsiyaya qarşı mübarizə gücləndirilməli, özəl sektorun inkişafı təmin edilməlidir.

Görünən odur ki, XXI əsrdə dünyanın siyasi xəritəsinin yenidən çəkilməsinə çalışanlar bunun üçün bütün mümkün variantlardan istifadə edirlər. İkili standartların hökm sürdüyü dünya siyasətində çalxalanma dövrü davam edir. Müstəqilliyini qazandığı gündən indiyə qədər dünya “demokratiyasının” ikili yanaşmalarından əziyyət çəkən ölkəmizin bu sınaqlardan da itkisiz çıxmasını arzu edərdik. O yerdə ki, söhbət dövlətin və xalqın tale yüklü məsələlərindən gedir, heç bir şəxsi ambisiya önə çəkilməməlidir. Şimal küləklərindən tarix boyu yetərincə üşümüşük. Qərbin “bahar” havasının da hərarətini yaşayanların aqibətini görürük. Bizim öz odumuz özümüzə yetər, axı biz Odlar yurdunun övladlarıyıq!

Mustafa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Neftin ucuzlaşması yenə rekord vurdu

    Neftin ucuzlaşması yenə rekord vurdu ...

    31-12-2014, 23:59

  • 
  • Neftin ucuzlaşması davam edir

    Neftin ucuzlaşması davam edir ...

    6-12-2012, 09:48

  • 
  • Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq

    Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq ...

    3-09-2015, 20:34

  • 
  • Neftin ucuzlaşması davam edir –Qiymət

    Neftin ucuzlaşması davam edir –Qiymət ...

    29-06-2020, 10:32

  • 
  • Benzinin litri 65 qəpiyə endi

    Benzinin litri 65 qəpiyə endi ...

    15-10-2014, 16:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu