gundemxeber.az RF prezidenti V.Putin Rusiya və Türkiyənin “Mavi axın” qaz kəmərinin genişləndirilməsi, o cümlədən üçüncü ölkələrə satış üzrə razılığa gələ biləcəyini istisna etmir. "Unutmayaq ki, “Mavi axın” çoxdan işləyir və bu 16 mlrd m3-i biz bu kəmərlə Türkiyəyə tədarük edirik", - deyə Putin jurnalistlərə bildirib. "İstisna etmirəm ki, biz Türkiyə ilə “Mavi axın” qaz kəmərinin genişləndirilməsi, o cümlədən üçüncü ölkələrə satış üzrə razılığa gələ bilərik", - deyə Putin bildirib. Rusiya mənbələri bildirir ki, RF Türkiyə ilə üçüncü ölkələrə satış üzrə razılığa gələ bilsə, "Qazprom" “Mavi axın”la Yunanıstana tam tədarük həyata keçirə bilər (ildə 2,8 mlrd m3). Bu kəmərin buraxılış qabiliyyəti 16 mlrd m3-dir. Daha bir qol çəkilsə, bu kəmər TANAP-a ciddi rəqib ola bilər. Ankara Rusiya tərəfinə müraciət edib ki, gələn ildən Türkiyənin daxili bazarı üçün qaz tədarükünü artırsın. Bundan başqa, Türkiyənin "Antalyaspor" futbol klubunun təmsilçiləri "Qazprom"a təklif edib ki, onların baş sponsoru olsun.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?