Suriyanın Kobani şəhərində İŞİD ilə PKK-nın digər qanadı olan YPG terror qruplaşmaları arasında şiddətli döyüşlər gedir.
Yenidən şiddətlənən döyüşlərin getdiyi 3-cü günündə Kobaninin küçələri cəsədlərlə doludur. Qətl edilən insanların əksəriyyəti dinc sakinlərdir.
İŞİD-çilər YPG və Burkan əl Firat döyüşçülərinin formalarını geyinərək Kobaninin qərb və cənub hissəsindən şəhərə daxil olaraq uşaq və qadın demədəın qarşılarına çıxan hər kəsi öldürüblər. Son məlumatlara görə, terrorçular 175 nəfəti qətlə yetirib.
Türkiyənin "Cihan" xəbər agentliyinin müxbirinin sözlərinə görə, şəhərin küçələri cəsədlərlə doludur. Bundan başqa İŞİD-çilər Kobaninin şərqində mülki insanları girov götürüb. Onların aqibəti barədə hələlik heç bir məlumat verilmir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?