Rusiyanın kriminal aləmində ən nufuzlu "oğru"lardan biri, "Ded Hasan" ləqəbli kürd Aslan Usoyan Moskvada qətlə yetiriləndən sonra azərbaycanlı "oğru", "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin hədəfə alındığı vurğulanırdı. "Kriminalnaya Rossiya" bildirir ki, "Ded Hasan"ın qətlində suçlanan "Rövşən Lənkəranski"nin indi "ov obyekti" də olduğu vurğulanır. "Gəncəli Rufo" kimi tanınan azərbaycanlı "oğru" Rüfət Nəsibovun da Moskvada qətlə yetirilməsinin məhz bu olaylarla bağlı olduğu iddiaları isə günbəgün güclənir. "Prime Crime" bildirir ki, yanvarın 16-da snayper Aslan Usoyana atəş açanda "Gəncəli Rufo", yəni Rüfət Nəsibov Ukraynada idi. "Ded Hasan" öləndən sonra Nəsibov Moskvaya yollanıb və bu barədə çox az adam bilirdi. Fəqət, Nəsibovun Moskvada olmasını kimsə "Ded Hasan"ın adamlarına xəbər verib. Yanvarın 28-də Moskvanın Otradnı səmtinə, Nəsibovun kirayədə qaldığı mənzilin yerləşdiyi binaya killerlərin olduğu maşın yan alıb. Onlar Rüfət Nəsibovu güllələyəndən sonra meyiti maşına qoyaraq naməlum istiqamətə aparıblar. Mərhum Rüfət Nəsibovun Hacı Yelsuyev və "Axsaq" ləqəbli azərbaycanlı "oğru" ilə birlikdə Rövşən Canıyevin ən yaxın adamlarından olduqları deyilir. 2012-ci ildə Rüfət və Hacı Birləşmiş Ərəb Əmirliklərində "Rövşən Lənkəranski" ilə Levan Canqveladze arasındakı danışıqlarda iştirak etmişdilər. L.Canqveladze Rusiyanın ən nüfuzlu oğrularından biri Merab Canqveladzenin qardaşıdır. Söhbət zamanı dava qopub, Canqveladze bıçaq çıxararaq Rövşən Canıyevi vurub. "Rosbalt" bildirir ki, şəkərli diabet xəstəsi olan Rövşən Canıyev ağır yaralanmışdı. Ötən ilin dekabrında isə Canıyev Birləşmiş Ərəb Əmirliklərində "oğru toplantısı" təşkil edərək oraya Merab Canqvelidze, Cemal Mikeladzeni də çağırmışdı. Həmin toplantıda 16 nəfərə "oğru" adı verildi ki, ad alanların arasında Rüfət Nəsibov və Hacı Yelsuyev də vardı. Daha sonra Rusiyaya qayıdan "Cemo" ləqəbli Cemal Mikeladze şayiə yayaraq Avropa ölkələrindən birinə yollandığını dedi. Amma o, əslində Moskva vilayətində idi. Bundan "Ded Hasan"ın adamları xəbər tutdular və fevralın 1-də "Cemo"nu polis həbs etdi. Axtarış zamanı onun üstündən əl qumbarası və narkotik maddələr çıxıb. "Rosbalt"ın məlumatına görə, "Rövşən Lənkəranski"ni indi "Ded Hasan"ın adamları aradan götürməyə çalışırlar. Bu barədə qərar Moskvanın Yeni Arbat küçəsindəki "Bosfor" restoranında 20 "oğru"nun iştirakı ilə keçirilmiş toplantıda qəbul olunub. Toplantıya Krasnodar diyarında yaşayan "Şike" ləqəbli yezidi kürd "oğru" Şirali Musoyan başçılıq edirdi. Daha sonra "Ded Hasan"ın çıxışında güllələndiyi "Starıy Faeton" restoranında toplantı olub. Əslən Tbilisidən olan "oğru"ların yığışdıqları toplantının təşkilatçısı "Valera Kurd" ləqəbli "oğru" Valeri Farizov idi."Ded Xasan"ın qohumları - "Miron" ləqəbli Dmitri Çanutriya və "Timur Sverdlovski" ləqəbli Temir Mirzoyev isə Rövşən Canıyevı öldürəcəklərinə and içdikləri deyiblər. Rusiyadakı "slavyan oğru"lar hələlik prosesə qatılmayıbar. Ən nüfuzlu "oğru"lardan biri sayılan "Zabava" ləqəbli Aleksey Zabavin Aslan Usoyanın dəfn mərasimində bir neçə adama "oğru" adının verilməsinə etiraz edib, mərasimdən gedib. Onun "Miron" və "Timur Sverdlovski" ilə söyüşdüyü, dava etməyə çalışdığı da deyilir. Bu arada "Ded Hasan"ın boş qalmış "taxt"ına "Tyurik" ləqəbli Vladimir Tyurinin yiyələnmək istədiyi vurğulanır. "Tyurik"in arvadı Rusiyada iqtidarda olan Vahid Rusiya Partiyasının funksioneri, Dövlət Dumasının deputatı Marina Maksakovadır. Azər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?