GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxası

Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxası

Tarix: 30-07-2015, 23:44 Bölmə :Dünya Baxış: 0
 Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxasıAnkaranın sual doğuran İŞİD və PKK əməliyyatlarının arxa bağçasında nələr yatır?

Türkiyə hərbi qüvvələri İŞİD, PKK və DHKP-C terror təşkilatına qarşı əməliyyatları davam etdirir. Əməliyyatlar ölkə daxilində və xaricdə həyata keçirilib. Türkiyə baş nazirinin ofisinə bağlı Koordinasiya Mərkəzindən verilən məlumata görə, “Şəhid Jandarma mayoru Arslan Kulaksız” adlı əməliyyat zamanı hərbi hava qüvvələri PKK-nın ölkə ərazisində və İraqda yerləşən bazaları vurulub.

Bundan başqa əməliyyatlar çərçivəsində ötən həftənin cümə günündən başlayaraq 39 vilayətdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı hər 3 terror təşkilatına mənsub 1302 nəfər saxlanılıb, onlardan bir qismi həbs olunub. bir qismi barəsində də isə dindirilmə davam edir.

Xatırladaq ki, Türkiyədə PKK və İŞİD terror təşkilatına qarşı əməliyyatlar ötən həftənin cümə günü başlayıb. Həftənin əvvəlində Suruç rayonunda solçu gənclərə qarşı terror hücumundan sonra PKK terrorçularının fəallaşması və İŞİD-in sərhəddə türk əsgərinə hücum etməsinin ardınca hökumət qüvvələri ölkə daxilində və xaricdə İŞİD və PKK-ya qarşı əməliyyatlara başlayıb. Əməliyyatlar həm havadan bombardmanlar şəklində, həm də Türkiyə ərazisində terror təşkilatı üzvlərinin ifşa edilib həbs olunması şəklində davam etdirilir.

 Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxası

Artıq rəsmi Ankara dəstək üçün NATO-ya müraciət edib. Hökumət isə bəyan edib ki, əməliyyatlar terror təşkilatları ölkədən təmizlənənə qədər davam edəcək. Lakin terrorçular da sakit dayanmayıb. Son günlərdə demək olar ki, hər gün PKK ordu və ya polis məmurunu qətlə yetirir, ordu mərkəzlərinə hücum edir.

Türkiyə hökumətinin qəflətən iki böyük terror təşkilatına qarşı savaş açması birmənalı qarşılanmayıb. Xüsusən də Avropa ölkələri Ankaranın eyni zamanda İŞİD və PKK-ya qarşı savaş açmasının anlamsız olduğunu, ölkəni ağır savaşa cəlb etdiyini iddia edir. Xüsusən də iki ildir atəşkəsin davam etdiyi PKK-ya qarşı Ankaranın münasibətinin qəfil dəyişməsi və kürdlərə qarşı savaş açması Avropada sözün əsl mənasında həyəcan yaradıb. Artıq Ankara kürdlərin partiyası, parlament seçkilərin 80 mandat almış HDP-ni PKK-ya dəstək verməkdə ittiham edərək barəsində araşdırma başladıb.

Ankaranın nədən birdən birə iki terrora qarşı savaş açdığı, uzun illərdir böyük bir proje kimi təqdim etdiyi “çözüm sürəci” (həll prosesi) layihəsindən imtina etdiyi sualının arxasında çox ciddi mətləblərin dayandığı aydındır. Türkiyə dövlətini bu cür kəskin qərar almasının arxasında hansı səbəblər dayanıb? Ankaranı birdən birə dəyişdirən nə oldu? Bu sualların cavablarını tapmaq üçün həm Türkiyənin daxili siyasətinə, həm də regionda gedən proseslərə baxmaq lazımdır.

Hər şeydən öncə ondan başlayaq ki, Ankaranın indi mübarizə apardığı iki terror təşkilatı – İŞİD və PKK-ya qarşı münasibəti eyni olmayıb. AKP hökuməti strateqləri PKK-nı “qalıcı təhdid”, hesab edir, İŞİD-i isə müvəqqəti bir mərhələ kimi qəbul edirlər. Üstəlik İŞİD faktiki olaraq ilk vaxtlardan Ankaranın əsas düşməni olan Bəşər Əsəd rejimi və İraqda Maliki hökumətinə qarşı savaşdığı üçün Ankara bu qruplaşmaya göz yumub. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşdıqda son zamanlara qədər İŞİD Ankaranı narahat etməyib.

 Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxası

2014-cü ilin əvvəlində Suriyanın Türkiyə ilə sərhədlərini, yayında isə Mosulu ələ keçirməklə İraqın böyük hissəsinə nəzarəti ələ alan İŞİD faktiki olaraq Türkiyə ilə “qonşu oldu”. Ancaq bu zaman İŞİD-in Suriyanın şimalında 3 kantonda (vilayət) faktiki özünüidarə quran kürdlərlə toqquşması Ankaranın işinə yarayırdı. Bu səbəbdən də Türkiyə hakimiyyəti İŞİD-ə qarşı 2014-cü ilin avqustun sonuncu günü qurulmuş koalisiyaya qoşulsa da, hərbi əməliyyatlar qatılmadı. Çünki Ankarada düşünürdülər ki, ən pis halda İŞİD və YPG (PKK-nın Suriya qolu da deyə bilərik – K.R) bir-biri ilə savaşıb zəifləyəcəklər. Üstəlik İŞİD-in qalib gəlməsi kürd məsələsini Ankara üçün xeyli dərəcədə həll edirdi.

Çünki Ötən ilin avqustunda Suriyanın şimalında muxtariyyət elan edən kürd təşkilatı PYD faktiki olaraq Türkiyə ətrafında ikinci kürd ərazisi idi. Nəzərə almaq lazımdır ki, PYD (və onun hərbi qanadı YPG) PKK ilə “eyni kökdən gələn” qurumlar kimi Türkiyə üçün Şimali İraq kürdlərindən daha təhlükəli idi.

 Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxası


Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxası


BÖLÜM: Gündəm
YAYIM TARİXİ: 29 İyul 2015 19:50
Türkiyənin gözlənilməz antiterror əməliyyatının pərdəarxası
Ankaranın sual doğuran İŞİD və PKK əməliyyatlarının arxa bağçasında nələr yatır?

Türkiyə hərbi qüvvələri İŞİD, PKK və DHKP-C terror təşkilatına qarşı əməliyyatları davam etdirir. Əməliyyatlar ölkə daxilində və xaricdə həyata keçirilib. Türkiyə baş nazirinin ofisinə bağlı Koordinasiya Mərkəzindən verilən məlumata görə, “Şəhid Jandarma mayoru Arslan Kulaksız” adlı əməliyyat zamanı hərbi hava qüvvələri PKK-nın ölkə ərazisində və İraqda yerləşən bazaları vurulub.

Bundan başqa əməliyyatlar çərçivəsində ötən həftənin cümə günündən başlayaraq 39 vilayətdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı hər 3 terror təşkilatına mənsub 1302 nəfər saxlanılıb, onlardan bir qismi həbs olunub. bir qismi barəsində də isə dindirilmə davam edir.

Xatırladaq ki, Türkiyədə PKK və İŞİD terror təşkilatına qarşı əməliyyatlar ötən həftənin cümə günü başlayıb. Həftənin əvvəlində Suruç rayonunda solçu gənclərə qarşı terror hücumundan sonra PKK terrorçularının fəallaşması və İŞİD-in sərhəddə türk əsgərinə hücum etməsinin ardınca hökumət qüvvələri ölkə daxilində və xaricdə İŞİD və PKK-ya qarşı əməliyyatlara başlayıb. Əməliyyatlar həm havadan bombardmanlar şəklində, həm də Türkiyə ərazisində terror təşkilatı üzvlərinin ifşa edilib həbs olunması şəklində davam etdirilir.



Artıq rəsmi Ankara dəstək üçün NATO-ya müraciət edib. Hökumət isə bəyan edib ki, əməliyyatlar terror təşkilatları ölkədən təmizlənənə qədər davam edəcək. Lakin terrorçular da sakit dayanmayıb. Son günlərdə demək olar ki, hər gün PKK ordu və ya polis məmurunu qətlə yetirir, ordu mərkəzlərinə hücum edir.

Türkiyə hökumətinin qəflətən iki böyük terror təşkilatına qarşı savaş açması birmənalı qarşılanmayıb. Xüsusən də Avropa ölkələri Ankaranın eyni zamanda İŞİD və PKK-ya qarşı savaş açmasının anlamsız olduğunu, ölkəni ağır savaşa cəlb etdiyini iddia edir. Xüsusən də iki ildir atəşkəsin davam etdiyi PKK-ya qarşı Ankaranın münasibətinin qəfil dəyişməsi və kürdlərə qarşı savaş açması Avropada sözün əsl mənasında həyəcan yaradıb. Artıq Ankara kürdlərin partiyası, parlament seçkilərin 80 mandat almış HDP-ni PKK-ya dəstək verməkdə ittiham edərək barəsində araşdırma başladıb.

Ankaranın nədən birdən birə iki terrora qarşı savaş açdığı, uzun illərdir böyük bir proje kimi təqdim etdiyi “çözüm sürəci” (həll prosesi) layihəsindən imtina etdiyi sualının arxasında çox ciddi mətləblərin dayandığı aydındır. Türkiyə dövlətini bu cür kəskin qərar almasının arxasında hansı səbəblər dayanıb? Ankaranı birdən birə dəyişdirən nə oldu? Bu sualların cavablarını tapmaq üçün həm Türkiyənin daxili siyasətinə, həm də regionda gedən proseslərə baxmaq lazımdır.

Hər şeydən öncə ondan başlayaq ki, Ankaranın indi mübarizə apardığı iki terror təşkilatı – İŞİD və PKK-ya qarşı münasibəti eyni olmayıb. AKP hökuməti strateqləri PKK-nı “qalıcı təhdid”, hesab edir, İŞİD-i isə müvəqqəti bir mərhələ kimi qəbul edirlər. Üstəlik İŞİD faktiki olaraq ilk vaxtlardan Ankaranın əsas düşməni olan Bəşər Əsəd rejimi və İraqda Maliki hökumətinə qarşı savaşdığı üçün Ankara bu qruplaşmaya göz yumub. “Düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşdıqda son zamanlara qədər İŞİD Ankaranı narahat etməyib.



2014-cü ilin əvvəlində Suriyanın Türkiyə ilə sərhədlərini, yayında isə Mosulu ələ keçirməklə İraqın böyük hissəsinə nəzarəti ələ alan İŞİD faktiki olaraq Türkiyə ilə “qonşu oldu”. Ancaq bu zaman İŞİD-in Suriyanın şimalında 3 kantonda (vilayət) faktiki özünüidarə quran kürdlərlə toqquşması Ankaranın işinə yarayırdı. Bu səbəbdən də Türkiyə hakimiyyəti İŞİD-ə qarşı 2014-cü ilin avqustun sonuncu günü qurulmuş koalisiyaya qoşulsa da, hərbi əməliyyatlar qatılmadı. Çünki Ankarada düşünürdülər ki, ən pis halda İŞİD və YPG (PKK-nın Suriya qolu da deyə bilərik – K.R) bir-biri ilə savaşıb zəifləyəcəklər. Üstəlik İŞİD-in qalib gəlməsi kürd məsələsini Ankara üçün xeyli dərəcədə həll edirdi.

Çünki Ötən ilin avqustunda Suriyanın şimalında muxtariyyət elan edən kürd təşkilatı PYD faktiki olaraq Türkiyə ətrafında ikinci kürd ərazisi idi. Nəzərə almaq lazımdır ki, PYD (və onun hərbi qanadı YPG) PKK ilə “eyni kökdən gələn” qurumlar kimi Türkiyə üçün Şimali İraq kürdlərindən daha təhlükəli idi.



Türkiyə hökuməti bunun əvəzinə əməkdaşlıq etdiyi və neft satışında pay aldığı Şimali İraq kürd administrasiyasını dəstəklədi. Burda daha incə bir məqam Bərzanilərin Suriya kürdləri və PKK ilə gizli rəqabəti idi. Ancaq Kobani uğurunda 5 ay davam edən döyüşlər vəziyyəti Ankaranın xeyrinə olmayan şəkildə dəyişdi. ABŞ və Qərb müttəfiqləri hava zərbələri və silah dəstəyi ilə kürdlərin İŞİD-ə məğlub olmasının qarşısını aldılar. Üstəlik, bu ilin yazında məlum oldu ki, kürdlər ABŞ bombardmanları nəticəsində İŞİD üzərində üstünlük əldə edərək Kobani və ətrafını, o cümlədən Tel AByad bölgəsini İŞİD-dən alıb. Bu gün isə Hasake bölgəsi kürdlərin əlinə keçib.

Təbii ki, kürdlərin Suriya ilə sərhədləri nəzarətə alması Türkiyəni narahat etməyə bilməzdi. Çünki Bu zaman Türkiyə faktiki olaraq PKK ilə qonşu olurdu. Üstəlik kürdlərin Türkiyədən qıraqda kürd neftinin Aralıq dənizinə çıxması layihəsi gündəmə gəlirdi. 7 iyun parlament seçkilərində kürd partiyasının 80 mandat qazanması Türkiyə daxilində də kürdlərin mövqelərini gücləndirirdi. Ankara ilk vaxtlarda Suriyanın şimalına ordu yeritmək planını gündəmə gətirsə də, məlum oldu ki, bu layihə çox risklidir və Qərbdən dəstək almır.

Belə bir durumda Ankaranın sonuncu şansı ABŞ-la anlaşmaq idi. Və ötən həftənin cümə günü Türkiyə mediası prezident Ərdoğanla ABŞ prezidenti Obama arasında telefon danışığı olduğu, terrora qarşı mübarizə, Türkiyənin Suriya ilə sərhədlərinin möhkəmlənməsi ilə bağlı razılaşma əldə olunduğu haqda xəbər yaydı. Və bu xəbərdən az sonra Türkiyə ordusu sərhəddə İŞİD-lə döyüşə girdi, ardınca isə PKK-ya qarşı genişmiqyaslı savaşa başladı.
Türkiyə ABŞ-la nədən indi anlaşdı? Bu telefon danışığı zamanı əldə olunan hansı razılaşma Ankaranı genişmiqyaslı hərbi əməliyyatlara sövq etdi? Hələlik bu sualların dəqiq cavabı yoxdur, amma liderlərin açıqlamaları, müsahibələrdə verilən işarələrlə bəzi detallar aydın olur.

Belə məlum olur ki, Ankara uzun müddətdən sonra İŞİD-ə qarşı əməliyyatlara başlamağa razı olub. Bu həm də o deməkdir ki, Türkiyə hökumətin ABŞ-ın İŞİD və bölgədəki terror qruplarına qarşı yaratdığı koalisiyada fəal şəkildə iştirak edəcək. Bunun qarşılığında ABŞ Suriyanın şimalında kürdlərə dəstəyini dayandıracaq (və ya minimuma endirəcək – K.R), Türkiyənin Suriyanın şimalında təhlükəsizlik zonası yaratmasına mane olmayacaq. Ancaq o da məlum olur ki, Vaşinqton Ankaranın Suriyaya birbaşa hərbi müdaxiləsini dəstəkləmir. Məhz bu səbəbdən də Türkiyə Suriyanın şimalını atəş altında saxlamaq, türkmən qrupları birləşdirərək vahid ordu şəklində bölgədə gücləndirməyə qərar verib.

Türkiyə hakimiyyəti məhz ABŞ-ın dəstəyini aldıqdan sonra İŞİD-lə yanaşı ölkə daxilində və xaricdə PKK mövqelərini vurmağa başlayıb. Görünən odur ki, Ankarada fürsətdən istifadə edib PKK-nı həm ölkə daxilində, həm də Suriyadakı ayaqlarını sıradan çıxarmağa çalışır. Təbii ki, burda daxili siyasətə təsir edən məqam da var. Artıq Türkiyədə hər kəs təkrar seçkilər barədə danışır. Belə bir vəziyyətdə HDP-nin bağlanması məsələsinin gündəmə gəlməsi təkrar seçkinin və PKK əməliyyatının başqa bir səbəbini ortaya qoyur. Türkiyədə millətçi çağırışların gücləndiyi, terrora qarşı savaşın davam etdiyi bir vaxtda təkrar seçkinin keçirilməsi və böyük ehtimalla HDP-nin seçkiyə buraxılmaması AKP-nin yenidən təkbaşına iqtidar olmaq şansını artır. Təbii ki, siyasət çoxgedişli oyundur və indiki hökumətin bütün bu faktorları nəzərə almadığını kimsə iddia edə bilməz.

Təbii ki, Suriya kürdləri də bu vəziyyətin fərqindədir. Qərbin növbəti dəfə kürdlərə arxa çevirdiyini Suriya kürdlərinin lideri Saleh Müslim də anlayır. Buna görə də son müsahibəsində Bəşər Əsədin ordusuna qoşula biləcəklərini deyib. Bu gün isə artıq YPG-nin Suriya ordusu ilə koordinasiyalı şəkildə Hasake şəhərini azad etdiyi xəbərləri yayılıb.

Yaxın Şərq hər zaman mürəkkəb bir bölgə olub. Amma bu günkü Yaxın Şərqdə durum daha mürəkkəb və qarışıqdır. Kimlərin hansı cəbhədə olduğu, müttəfiqlərin və düşmənlərin sərhədləri çox kövrəkdir. Və ən mühümü odur ki, o bölgədə şərtlər hər gün dəyişə bilir. NNecə ki şahidi oluruq.

Kənan Rövşənoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • PKK bitir: Türkiyə daxilində PKK-lı TERRORÇULARIN SAYI

    PKK bitir: Türkiyə daxilində PKK-lı TERRORÇULARIN ...

    16-03-2018, 13:38

  • 
  • Ankarada keçirilmiş əməliyyatda 11 PKK üzvü həbs edilib

    Ankarada keçirilmiş əməliyyatda 11 PKK üzvü həbs ...

    14-08-2017, 13:23

  • 
  • PKK terrorçuları jandarma komandirini qızının gözü önündə öldürdülər - FOTO

    PKK terrorçuları jandarma komandirini qızının ...

    28-07-2015, 19:12

  • 
  • PKK-ya ağır zərbə - Qəndil yerlə-yeksan edildi

    PKK-ya ağır zərbə - Qəndil yerlə-yeksan edildi ...

    20-02-2016, 12:11

  • 
  • Daha 13 PKK terrorçusu İraqda məhv edildi

    Daha 13 PKK terrorçusu İraqda məhv edildi ...

    28-05-2017, 12:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu