ABŞ İranda dəyişikliyə zor gücünə nail olmaq planını arxaya keçirdiyi halda Güney Azərbaycan türklərinin azadlıq mübarizəsi ön plana keçir
Azərbaycanın bir sıra siyasi və ictimai qurumları dünən RATİ-də “Güney Azərbaycan məsələsi beynəlxalq gündəmdə” mövzusunda dəyirmi masa keçiriblər. Tədbirin keçirilməsinə səbəb kimi Güney Azərbaycan məsələsinin ABŞ Konresində müzakirə edilməsi üçün lazım olan 25 min imza toplanması prosesi olub. Bu məsələdə artıq 26 mindən çox imza toplanıb. Ümid Partiyasının təmsilçisi Rüfət Muradlı Güney Azərbaycan məsələsinin ABŞ Konqresində müzakirə olunması üçün imza toplanmasını bu məsələnin aktiv fazaya keçməsi kimi dəyərləndirib. Güney Azərbaycan türklərinin yalnız milli-azadlıq hərəkatı apardığı xatırladılıb. Hərəkatın qələbə ilə başa çatması üçün milli-azadlıq mübarizəsi aparan qüvvələrin birləşməsi, beynəlxalq güclərin bu hərəkatda maraqlı olması xüsusi vurğulanıb. “REAL” Hərəkatı təmsilçisi Azər Qasımov azadlıq hərəkatının qələbəsini istəməyən xeyli regional güclər olduğunu vurğulayıb. Etibarlı müttəfiqlər komandası müəyyən etməyin vacibliyi önə çəkilib. Amma istənilən halda İranda dəyişikilyə maraqlı odluğu üçün ABŞ bu məsələdə təbii müttəfiq sayılıb. İranda Güney Azərbaycan türklərinin azadlıq mübarizəsini sürətləndirmək üçün rəsmi Bakının bəzi yardımçı addımlar atmasının lazımlığı qeyd edilib. ABŞ İranda dəyişikliyə zor gücünə nail olmaq planını arxaya keçirdiyi halda Güney Azərbaycan türklərinin azadlıq mübarizəsinin faktor kimi önəminin artacağı bildirilib. Həm də hərəkatın sistemli davamı üçün Bakıda Güney Azərbaycan Elmi Araşdırma İnstitutu yaradılması, Güney Azərbaycan məsələsinin BMT-də qaldırılması kimi təkliflər səsləndirilib. Politoloq Elxan Şahinoğlu Güney Azərbaycan türklərinin oyanış hərəkatının artıq 20 ildən çoxdur ki, davam etdiyini deyib. Amma indiyə kimi bu hərəkata beynəlxalq reaksiya olmamasına diqqət çəkilib. ABŞ Konqresində İran yox, siyasi termin olaraq “Güney Azərbaycan” ifadəsinin işlədilməsinin özü uğur sayılıb. Dünyanın bu məsələyə diqqətini artırmaq üçün Avropa institutları ilə işləmək tövsiyyəsi verilib. Bu məsələdə Güney Azərbaycan türklərinin siyasi fəallığınıın ən aparıcı məsələ olması xüsusi qeyd edilib. Tədbir iştirakçıları Güney Azərbaycan məsələsini daimi diqqət mərkəzində saxlamaq üçün oradakı proseslərə dair silsilə tədbirlər keçirilməsi zərurətini nəzərə çatdırıblar
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?