Ağ Evin saytında cənubi azərbaycanlıları dəstəkləyən müraciət yerləşdirilib
Yanvarın 13-də Ağ Evin veb-saytının «Biz xalqıq» səhifəsində prezident Obamanı İranda etnik azərbaycanlıların hüquqlarının pozulması probleminə diqqət yetirməyə çağıran müraciət yerləşdirilib. «Biz Obama administrasiyasını İran islam hökumətinin İrandakı azərbaycanlı azlığın fundamental hüquqlarını pozduğunu tanımağa çağırırıq. Biz, Amerikanın Azərbaycan icması Obama administrasiyasından xahiş edirik ki, İran hakimiyyətinin bu ölkədəki etnik və digər azlıqların fundamental hüquqlarını daim pozduğunu tanısın. İran azərbaycanlılara öz doğma dillərində təhsil almaq, Azərbaycan dilində azad KİV-ə malik olmaq, öz mədəni ənənələrini həyata keçirməyə imkan yaratmaqdan imtina edir. Bu cür məsələləri qaldırmaq istəyənlər təqiblərə, ciddi həbs cəzalarına, işgəncə, hətta ölüm hallarına məruz qalır. Xahiş edirik ki, Obama administrasiyası azərbaycanlı azlıqların məsələsini İran haqqında məsələlərin gündəliyinə daxil etsin», - müraciətdə deyilir. Qaydalara görə, Ağ Evin saytında müraciəti ABŞ-da yaşayan vətəndaşlar yerləşdirə bilər. Əgər bir ay ərzində müraciəti 25 min adam dəstəkləyərsə, o baxılmaq üçün Administrasiyaya təqdim olunur. “Siyasət şöbəsi”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?