Türkiyə Rusiyanın Suriyadakı hava əməliyyatlarından narahatlığını ifadə edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Feridun Sinirlioğlu bildirib. Onun sözlərinə görə, narahatlığa səbəb mətbuatda mülki obyektlərin zərbələrə məruz qalması ilə bağlı məlumatlar olub.
“Biz Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada dünən keçirdiyi əməliyyatlardan narahatıq, çünki məlumat var ki, Rusiya təyyarələri İŞİD-lə bağlı hədəflərin əvəzinə müxalifətə aid hədəfləri və mülki obyektləri məhv edib. Əgər bu belədirsə, biz bundan çox narahatıq. Bu ölkədə münaqişənin həllinə yox, problemlərin daha da gərginləşməsinə səbəb olacaq” - deyə nazir bildirib.
Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bundan əvvəl Rusiya hava qüvvələrinin Suriyada hədəfi İŞİD-in yanacaq və silah anbarları olduğunu bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?