Avropanın əksər siyasiləri Yaxın Şərq, o cümlədən İraq və Suriyadan gələn qaçqınların qəbuluna qarşı çıxırlar. Onların bu mövqeyini əsaslandıran məqam isə qaçqınların arasında xeyli sayda İŞİD və digər terror təşkilatlarının sıralarında vuruşan keçmiş və indiki döyüşçülərin olmasıdır. Avropaya Ərəb yarımadasından, Afrikadan, İraq, Suriya və başqa fəlakət bölgələrindən axan qaçqın selinin içərisində çoxsaylı İŞİD və başqa terror qruplaşmalarının üzvləri də var. Aylardır ki, irəli sürülən bu iddialar zaman keçdikcə faktlarla sübut olunur. Artıq bir neçə İŞİD və başqa terror təşkilatlarının təmsilçiləri Avropanın ayrı-ayrı şəhərlərində ifşa edilərək, həbsə atılıb. Lakin təbii ki, onların hamısını dərhal müəyyən etmək və zərərsizləşdirmək mümkün deyil. Bu baxımdan, Avropanı qarşıda böyük problemlərin gözlədiyi indidən məlumdur. Təsadüfi deyil ki, İŞİD terror qruplaşması növbəti hədəflərini sıralayarkən Avropada terror aktlarını planlaşdırdığını gizlətmir. İŞİD-in Avropa ilə bağlı planları Qərb ölkələrinin xüsusi xidmət orqanları tərəfindən də üzə çıxarılıb. Məlumata görə, İŞİD Avropa və ABŞ-da “hüceyrələr”ini yaratmağa çalışır. İddiaya görə, İŞİD İraqın şimalında iki böyük hərbi bazanı tutub, terror təşkilatı ən müxtəlif silah və hərbi texnikaya, daşınabilən zenit-raket komplekslərinə malikdir. ABŞ xüsusi xidmət orqanlarının bir nümayəndəsi İŞİD-i hazırda mövcud olan terror qruplaşmalarından “ən güclü hərbi güc” adlandırıb. Avropadan gələn bəzi xəbərlər də avropalı siyasilərin narahatlığına haqq qazandırır. Hələ bir neçə ay əvvəl İngiltərənin “Sunday Mirror” nəşri belə bir iddia irəli sürüb ki, İŞİD Avropanın mərkəzində baza qurub. Bosniya və Herseqovinanın bir kəndi yaxınlığında ərazi alan İŞİD terror qruplaşması buradan Qərbə qarşı hücumlar üçün baza kimi istifadə edə bilər. Nəşrin iddiasına görə, geniş meşələrlə əhatə olunan Osve kəndində indiyə qədər 12 terrorçu təlim alıb və döyüşmək üçün Suriyaya gedib. Bu kəndin çoxlu sayda sakininin Suriyaya getdiyini və axının hələ də davam etdiyini söyləyən terror mütəxəssisi Dzevaz Qalijasevic İŞİD-in seçdiyi yerin əlçatmaz bir təpədə yerləşdiyini bildirib. Adının gizli qalmasını istəyən bir kəndli ingilis jurnalistlə söhbətində meşədən nizamlı şəkildə silah səslərinin eşidildiyini söyləyib. “Sunday Mirror” nəşri 1990-cı illərdə müharibə gedən Bosniya və Herseqovinada silah və sursat təchizatının digər Avropa ölkələri ilə müqayisədə daha asan olduğunu qeyd edib. Xatırladaq ki, Rusiya xarici işlər naziri may ayında İŞİD terror qruplaşmasının Kosovo və Bosniya və Herseqovinanın bəzi bölgələrindəki hərəkətlərindən narahatlığını ifadə edib. Sosial şəbəkələrdə İŞİD döyüşlərinin Suriya və İraqda vuruşarkən, daha sonra isə onların qaçqın adı ilə Avropaya daxil olduğunu göstərən müqayisəli fotolar tez-tez yayılır. Onlardan bəzilərini təqdim edirik:
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?