Malinin paytaxtındakı "Radisson" hotelində girov saxlanılan "Türk Hava Yolları" aviaşirkətinın 6 əməkdaşından 5-i azad edilib.
gundemxeber.az xəbər verir ki, bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.
Qeyd edək ki, naməlum şəxslər Malinin paytaxtı Bamakoda yerləşən "Radisson Hotel Bamako" hotelinə silahlı hücum ediblər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iki terrorçu 167 nəfəri girov götürüb.
Silahlı hücum nəticəsində 3 nəfər həlak olub. Təhlükəsizlik qüvvələri hoteli mühasirəyə alıblar. Hotelin binasında atışma gedir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?