İki il əvvəl Suriyada oğurlanmış amerikalı jurnalist Piter Teo Ketris vətəninə qayıdıb.
ANS PRESS-in məlumatına görə, girov reportyor bazar günü azad edilib və "Əl - Nusra Cəbhəsi" islamçıları tərəfindən BMT nümayəndələrinə təhvil verilib. "Əl - Nusra Cəbhəsi" iyun ayında Yaxın Şərqdə öz xəlifəliyini elan edən İŞİD qruplaşması ilə siyasi rəqabətdədir.
Ketris azad edildikdən sonra onu qarşılamağa gələn insanların çoxluğundan heyrətə gəldiyini bildirib.
Piter Teo Ketris 2012-ci ildə Türkiyədən Suriyaya keçməyə cəhd edərkən sərhəddə tutulmuşdu. İŞİD cihadçıları bir neçə gün bundan əvvəl elə həmin il oğurlanmış amerikalı jurnalist Ceyms Foulinin başını kəsmişdilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?