İraqda yayımlanan "Əl Zaman" qəzeti Əsəd və ailəsinin Suriyanı tərk etdiyi haqda məlumat yayıb. Qəzet yerli və diplomatik qaynaqlara istinadla yazıb ki, Əsəd ailəsi və yüksək vəzifəlilərdən bir neçəsi ötən gecə Dəməşqin beynəlxalq hava limanından iki hərbi təyyarə ilə ölkəni tərk edib. Onların hansı ölkəyə getdiyi isə məlum deyil. Məliumata görə, gecə yarısından sonra havaya qalxan təyyarələrin Suriya hava məkanını tərk edənə qədər bütün ölkə ərazisində elektrik enerjisinin verilməsi dayandırılıb. Qəzet yazır ki, Bəşər ailəsini və onun yaxınlarını qaçıran təyyarələri qırıcılar da müşaiyət edib və bununla qaçışa hərbi əməliyyat görüntüsü verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?