Partlayış nəticəsində artıq 35 nəfər həlak olub. Bu barədə Əfqanıstanın rəsmi dövlət qurumları məlumat verib.
Eyni zamanda bildirilir ki, partlayışa görə Taliban terror qruplaşması məsuliyyəti öz boynuna götürüb.
***
Əfqanıstanın qərbində dəhşətli partlayış qeydə alınıb. Gündəm Xəbər "Ölkə.Az" xəbər verir ki, siyasətçilərin yaşadığı ərazidə kamikadze terrorçu minalanmış avtobusu partladıb. Nəticədə 24 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Bu barədə Əfqanıstanın daxili işlər nazirliyi məlumat yayıb. Kamikadze terrorçu səhər saatlarında minalanmış avtobusu qeyd olunan ərazidə partladıb. Bildirilir ki, partlayış Əfqanıstan icraedici orqanın başçısının müavini Məhəmməd Moxakikanın evi yaxınlığında törədilib. Mətbuat əvvəlcə 20 nəfərin həlak olduğunu bildirsə də, sonradan rəqəmlər artıb. Nazirlik eyni zamanda bildirir ki, xəsarət alanların hamısı dinc sakinlərdir.
Sorğu
Yeni dizaynımız necədir?