Kabulda törədilən partlayış nəticəsində 8 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bu barədə “Pejak” məlumat yayıb.
***10:34 Əfqanıstanın paytaxtı Kabulda Şaş Darak rayonunda hökumət binasının yaxınlığında partlayış törədilib.
Bunu Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nüsrət Rəhimi bildirib. Onun sözlərinə görə, partlayış sentyabrın 5-də səhər saatlarında törədilib. Partlayış nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib. Qeyd edək ki, NATO-nun mənzil-qərargahı, ABŞ və Türkiyə səfirliklərinin binası, Əfqanıstan hökumətinin binaları, o cümlədən Müdafiə Nazirliyi Şaş Darak rayonunda yerləşir.//Report
Sorğu
Yeni dizaynımız necədir?