OPEK-in bu gün neft hasilatının həcmini əvvəlki səviyyədə saxlanılmasına dair verdiyi qərarı fonunda Moskva Birjasında ABŞ dolları və avro tarixi maksimum həddinə yaxınlaşıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, dünən Bakı vaxtı ilə 19.44-də Moskva Birjasında 1 ABŞ dolları 63 qəpik bahalaşaraq 48,02 rubla bərabər olub. 1 avro isə 72 qəpik bahalaşaraq 60 rubla dəyişdirilib.
Qeyd edək ki, dollar və avro sonuncu dəfə bu ilin noyabrın 7-də tarixi maksimum həddə qalxaraq müvafiq olaraq 48,65 və 60,27 rubla bərabər olub.
Sorğu
Yeni dizaynımız necədir?