GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Hakimiyyətin uğursuz siyasəti

Hakimiyyətin uğursuz siyasəti

Tarix: 8-12-2012, 10:09 Bölmə :Dünya Baxış: 612
Hakimiyyətin uğursuz siyasəti
Lider dövlətdən başıqapazlı dövlətə

gundemxeber.az Heydər Əliyevin 13 fevral 2001-ci il tarixində görüşdüyü Gürcüstan Beynəlxalq Neft Korporasiyasının rəhbəri Georgi Çanturiyanaya belə deyirdi: “Deyirsiniz ki, parlamentdə sazişə yekdilliklə səs verdilər və hətta müxalifət də buna səs verdi. Əlbəttə, bu məni sevindirir. Eyni zamanda, belə deməyimə əsas verir ki, hər halda, sizdə yaxşı müxalifət var.”
Gürcüstanın “yaxşı müxalifətinin” “yox” demədiyi bu sazişlərin ən böyük bəhrəsini də elə onlar gördü. Qısa müddətdən sonra “yaxşı gürcü müxalifəti” “yaxşı gürcü iqtidar”ına çevrildi. Baxmayaraq ki, bizim ümummilli liderimiz Bakı-Tiflis-Türkiyə qaz kəmərinə də, Bakı-Tiflis-Ceyhan neft xəttinə də Gürcüstanı Əliyevlər sülaləsinin kaprizlərinə bağlayan minnət kəməri kimi baxır və bunu açıq şəkildə dilə gətirməkdən belə çəkinmirdi. Hətta gürcü xalqına dostu və qardaşı Şevarnadzeni seçməyi məsləhət görür, özünü fəxri Gürcüstan vətəndaşı kimi apararaq seçkilərdə öz həmkarına 100% səs verdiyini bəyan edirdi. Bununla da kifayətlənməyib Gürcüstanın ölkəmizə borcunu silərək qonşu xalqı “öz dostu və qardaşını” seçməyə çağırırdı. Beləcə, “yaxşı gürcü müxalifəti”nin hakimiyyətə gəlməsini əngəlləməyə çalışırdı. Gürcüstan hər dəfə iqtisadi böhranla rastlaşanda və ya sosial islahatlar keçirməyə vəsait axtaranda gözünü Qırmızı Körpünün bu tərəfinə zillədi. Özü də artıq bizlə xahiş və minnətlə də danışmırdılar. Sərt şəkildə tələb irəli sürürdülər. Necə olsa borumuz onların əlində idi və bizimkilərin nəinki öz səltənətlərinin, hətta dost və qardaşlarının xatirinə tez ram ola bildiklərini hiss etmişdilər.
Azərbaycanın güzəştləri sayəsində Gürcüstana satdığımız neft və qaz məhsullarının tarifləri hətta “bir millət, iki dövlət” dediyimiz Türkiyəylə müqayisədə hardasa 4 dəfə ucuzdur. Qonşu dövlətə bu məhsulları yerli əhalimizə satdığımız qiymətə satırıq. Bunu belə həddən artıq baha hesab edirlər. Hakimiyyətə hər gələn siyasi hər qüvvə Azərbaycanın təbii sərvətləri hesabına sosial proqramlarını reallaşdırmağa çalışır. Gürcüstanın yeni iqtidarının hakimiyyətə gələn kimi Azərbaycanla təzyiq dilində danışması da bu qəbildəndir. İvanişvili seçkilər dövründə maaşları artıracağına, enerjinin qiymətini azaldacağına söz verir və seçkidən sonra ilk fəaliyyətə də Azərbaycana təzyiqlə başlayır. Çünki bilir ki, Azərbaycan hakimiyyətinin onun qarşısında söz demək cəsarəti olmayacaq. Bilir ki, öz ölkəsi əslində bizim təbii sərvətlərindən asılı olduğu halda, rəsmi Bakının yürütdüyü yalnış siyasətlər nəticəsində faktiki olaraq biz onlardan asılı vəziyyətə düşmüşük. Başbilənlərimizin avtoritar xarakteri bütün dünyanı ölkəmizə qarşı çevirib və onları hazırda ayaqda tutan yalnız bir sehirli güc var. Bu da neft və qazın xarici dövlətlərə təhlükəsiz axışını təmin etməkdir. Onu da bilir ki, Azərbaycan hakimiyyəti bu sehirli gücünü itirərsə, öz xarici himayədarlarının qəzəbinə gələcəyindən çəkinəcək və rəsmi Tiflisin bütün naz-qəmzəsinə dözmək və sonunda razılaşmaq məcburiyyətində qalacaq. Üstəlik, Gürcüstanın Azərbaycana təzyiq edəcək başqa vasitələri də var.
Ən başlıca təzyiq vasitəsi isə bu ölkədə yaşayan azərbaycanlılardır. İstənilən iqtidar zamanında təzyiqlərə məruz qalan, ikinci dərəcəli vətəndaş kimi qəbul olunan 600 minlik əhali etnik qarşıdurma nəticəsində minillərlə yaşayıb məskunlaşdığı torpaqları atıb ölkəmizə gələ bilər. Çünki, bu vətəndaşları o torpaqlara bağlayan tellər o qədər də sağlam deyil. Gürcüstan iqtidarlarının ögey münasibət azmış kimi, Azərbaycan dövlətinin də onlarla bağlı siyasəti iqtisadi inkişaflarını təmin etmək prinsipinə əsaslanmayıb.
Nasir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə tikanlı sözlər...

    Zəlimxan Məmmədlidən Saakaşvilinin xələflərinə ...

    23-01-2015, 23:54

  • 
  • Gürcüstan prezidentinin xanımının yarıçılpaq görüntüləri yayıldı - FOTOLAR

    Gürcüstan prezidentinin xanımının yarıçılpaq ...

    8-10-2014, 13:20

  • 
  • Türkiyə Ceyhan kəməri ilə neft nəqlini dayandırdı

    Türkiyə Ceyhan kəməri ilə neft nəqlini dayandırdı ...

    27-02-2016, 17:22

  • 
  • Tiflisdəki “Vere Palace” oteli milliyyətcə gürcü Manana Şaraçidzeyə məxsusdur, direktoru isə Serqo Kapanadzedir

    Tiflisdəki “Vere Palace” oteli milliyyətcə gürcü ...

    30-07-2013, 22:10

  • 
  • Erməni-gürcü savaşı böyüyür

    Erməni-gürcü savaşı böyüyür ...

    5-05-2015, 22:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu