Milli Şuranın Tiflis toplantısının keçiriləcəyi “Vere Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsus olması və hazırda onun oğlu tərəfindən idarə edildiyi barədə məlumatlar yayılıb. APA-nın məlumatına görə, A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.
Minval.az-ın məlumatına görə, otel milliyyətcə gürcü Manana Şaraçidzeyə məxsusdur, direktoru isə Serqo Kapanadzedir.
***
Musavat.com Tiflisdə olan müxbiri Aygün Muradxanlı ilə əlaqə saxlayıb, otellə bağlı iddiaların hansısa bir əsasının olub-olmamasını soruşub. Müxbirimiz deyib ki, səhər saatlarında jurnalistlər arasında Azərbaycan müxalifətinin toplandığı otelin erməni iş adamına məxsus olması barədə xəbərlər dolaşıb: “Lakin axşam saatlarında, məsələnin artıq ciddi ittiham xarakteri aldığını gördükdən sonra biz sahibkarı dəqiqləşdirmək qərarına gəldik. Otel rəsmiləri şəxsən mənə bildirdilər ki, bura Vera məhəlləsi adlanır, burada ancaq cürcülər və azərbaycanlılar yaşayırlar. Otelin rəsmi sahibi isə Manana Şaraçidzedir. Otelin direktoru da gürcüdür - Serqo Kapanadze”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?