Ötən gün Vladimir Putinin Tula vilayətinin qubernatoru təyin etdiyi Aleksey Dyuminin bioqrafiyası ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2014-cü ilə qədər Dyumin Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyat qüvvələrinin komandiri olub. O 2014-cü ilin fevralında sabiq Ukrayna prezidenti Viktor Yanukoviçin Krımdan Rusiyaya gizli yolla gətirilməsi əməliyyatına başçılıq edib.
23 fevral gecəsi keçirilən əməliyyatın nəticələri barədə Putinə hesabat verilmiş və o, əməliyyatın nəticələrindən razılığını ifadə etmişdi. Sonradan isə Aleksey Dyumin Krimin Rusiyaya birləşdirilməsi əməliyyatıının əsas istiqamətlərini hazırlamışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?