“Mən Ermənistanla Dağlıq Qarabağ arasında sərhədçilərin yerləşdirilməsini məqbul hesab etmirəm”. Erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Rusiya Dumasının deputatı Konstantin Zatulin çıxış edib.
O, Dağlıq Qarabağın Gömrük İttifaqına üzvlüklə bağlı məsələsinə də eyham vurub və suala sualla cavab verilə biləcəyini söyləyib:
“Bəlkə də suala sualla cavab vermək doğru olmayacaq. Amma bunun vasitəsilə siz öz faktınıza daha dəqiq çatmış olacaqsınız. Qarabağ Ermənistanla vahid iqtisadi sahədə yerləşirmi? Bu suala cavab versəniz, siz öz cavabınızı da almış olacaqsınız”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?