İsrail istehsalı olan Pilotsuz Uçan Aparatlar (PUA) Əsəd ordusunun ixtiyarına verilib.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bu barədə İsrailin "Yediot Ahronot" (Yedioth Ahronoth) qəzeti məlumat yayıb.
Xəbərə görə, sözügedən PUA-lar bir müddət əvvəl Rusiyaya satılıb:
"Rusiya İsraildən aldığı PAU-ları Suriyaya göndərir. Əsəd rejiminə qarşı çıxan Tel-Əviv hakimiyyətinin bu addımı tragikomik hadisədir".
Xatırladaq ki, bir müddət əvvəl İsraili Müdafiə naziri Moşe Yalon İranı Əsəd rejiminə dəstək verməkdə günahlandıraraq "İranla çalışmaqdansa, İŞİD-i seçərdim" demişdi.
İsrailin Baş naziri Benyamin Netanyahu isə sonuncu açıqlamasında İranı Hizbullaha dəstək verməkdə günahlandırmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?