Birjadankənar platformada qeyri-şəffaf səhm bazarı yüksək göstərici nümayiş etdirir. Milli Depozit Mərkəzinin məlumatına görə, noyabrda birjadan kənarda korporativ qiymətli kağızların alqı-satqısı üzrə 10 894 min məbləğində 60 əqd bağlanılıb. Bu, oktyabrdakından 7,2 mln və ya 3 dəfə çoxdur. Maraqlıdır ki, praktik olaraq bütün əqdlər nominal qiymətə sənədləşdirilir, bu isə vergidən yayınma ilə nəticələnir. Birjadankənar əməliyyatlar barədə gündəlik informasiyaları açıqlamaq 2011-ci ilin sentyabrından Bakı Fond Birjasına həvalə edilib. Amma birja birjadankənar əqdlər barədə məlumatların açıqlanması barədə məhkəmə qərarlarına da etina etmir. BFB-nin birjadankənar əqdlər açıqlaması öhdəliyi barədə birinci instansiya məhkəməsinin qərarını apellyasiya məhkəməsi qüvvədə saxlayıb. Amma birja rəhbərliyi müqavimət göstərir. Beləliklə, birja faktik olaraq, qiymətli kağızlar bazarında şəffaflığa əsas əngəldir.
Sorğu
Yeni dizaynımız necədir?